Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və ABŞ-dakı media nümayəndələrinə verdiyi müsahibə, ölkəmizin beynəlxalq münasibətlərində yeni bir səhifənin açıldığını aydın şəkildə göstərdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ilə ABŞ arasındakı əlaqələr yeni səviyyəyə qalxır və bu, strateji tərəfdaşlıq kimi möhkəm təməl üzərində qurulur.
Strateji tərəfdaşlığın məzmunu yalnız diplomatik əməkdaşlıqla məhdudlaşmır, o, investisiyalar, ticarət, süni intellekt, rabitə, tranzit, müdafiə və terrorçuluğa qarşı mübarizə kimi vacib sahələri əhatə edir. Prezidentin sözlərinə görə, bu tərəfdaşlıq Azərbaycan üçün böyük imkanlar və eyni zamanda məsuliyyət gətirir.
Qeyd etmək lazımdır ki, bu əməkdaşlıq, həm də regionda uzun müddətdir davam edən münaqişələrin həlli üçün yeni ümidlər yaradır. 1992-ci ildə tətbiq olunan məhdudiyyətlərin 33 ildən sonra ləğv olunması, Prezident Trampın Qafqazda sülhə gətirdiyi töhfə kimi dəyərləndirilir. İlham Əliyev Azərbaycan və Ermənistan arasında uzun sürən müharibələrə son qoyulduğunu, bu gün regionda sülh və sabitliyin təmin edildiyini xüsusi vurğuladı.
Prezident İlham Əliyevin sözlərinə görə, bu gün Cənubi Qafqazda sülhün bərqərar olması yalnız region üçün deyil, həm də bütün d0ünya üçün mühüm bir fürsətdir. “Tramp rifah və sülh marşrutu” kimi adlandırılan bu yeni yol, əlaqələrin inkişafına, sərmayələrin artmasına və sabitliyin möhkəmlənməsinə şərait yaradır. Uzun illər davam edən münaqişələr və qanlı qarşıdurmalar nəticəsində itirilən illər indi sülh və əməkdaşlıqla əvəzlənir.
Azərbaycan və Ermənistanın müstəqilliklərini eyni dövrdə bərpa etməsinə baxmayaraq, aralarında gedən müharibələr ölkələrin inkişafına böyük maneələr yaratmışdı. Lakin Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq bu gün sülh və əməkdaşlıq günüdür. Prezident Trampın Qafqaza gətirdiyi sülh təşəbbüsü region xalqlarına birgə yaşamaq, birgə inkişaf etmək və keçmişin acı xatirələrini arxada qoymaq üçün yeni imkanlar təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri, ölkələrimiz arasındakı münasibətlərin inkişafında yeni bir mərhələ kimi qiymətləndirilir. Prezident səfərin nəticələrini yüksək dəyərləndirərək, Amerika ilə strateji tərəfdaşlığın önəmini xüsusi vurğuladı. “Bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır,” — deyən dövlət başçısı, iki ölkə arasındakı əməkdaşlığın milli maraqlarımızın qorunması baxımından vacib olduğunu bildirdi.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampla görüşün səmimi və dostluq şəraitində keçdiyini qeyd etdi. Bu görüşdə qarşılıqlı sərmayə, energetika, nəqliyyat, süni intellekt, müdafiə sənayesi kimi strateji sahələrdə əməkdaşlıq istiqamətləri müzakirə olundu. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün yaradılan Strateji İşçi Qrupu artıq fəaliyyətə başlayıb və bu sənəd gələcəkdə əməkdaşlığın əsasını təşkil edəcək.
Əvvəlki administrasiya dövründə münasibətlərin dondurulduğunu vurğulayan Prezident, bu səfərin ABŞ-la əlaqələrdə itirilmiş vaxtı kompensasiya edəcəyinə əmin olduğunu söylədi. “Bayden administrasiyası dövründə Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan münasibətlərinin girovuna çevrilmişdi,” — deyən dövlət başçısı, bu vəziyyətin artıq geridə qaldığını və yeni münasibətlərin qurulduğunu bildirdi.
Şəxsi təmasların önəmini vurğulayan Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Trampın Azərbaycanın geosiyasi əhəmiyyətini dərindən bildiyini və dost ölkə kimi Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini söylədi. 907-ci düzəlişin ləğvi isə, dövlət başçısına görə, tarixi hadisədir və strateji əməkdaşlığın başlanğıcını simvolizə edir.
Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, ölkəmiz bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. İkinci Qarabağ müharibəsinin sona çatması ilə yaranan boşluq, o dövrdə fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun iflic vəziyyətə düşməsi ilə müşayiət olunurdu. Lakin Azərbaycan öz gələcək baxışlarını ortaya qoyaraq, münaqişənin hərbi-siyasi yolla həllinə nail oldu. Dövlət başçısı bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı və bu təşəbbüs də məhz Azərbaycandan gəlib.
Danışıqlar prosesi o qədər də asan keçməsə də, əsas maneə Ermənistan tərəfinin sülh müqaviləsinə Qarabağla bağlı müddəanın daxil edilməsini tələb etməsi oldu. Azərbaycan bu mövqedə təkid etdi ki, bu, dövlətlərarası sazişdə yer ala bilməz və daxili məsələdir. Brüssel görüşləri də bu problemə çözüm gətirmədi.
Lakin 2023-cü ilin antiterror əməliyyatlarından sonra Ermənistan reallıqlarla barışmalı və fəal danışıqlar prosesi başladı. Hazırda sülh sazişinin maddələri demək olar ki, razılaşdırılıb və Ağ Evdə paraflanması bölgəyə sülh gətirib. Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması məsələsi də gündəmdədir və Prezident İlham Əliyev bunun tam real olduğunu vurğulayır.
Azərbaycanın mövqeyi həmişə ardıcıl və əsaslı olub. Minsk qrupunun fəaliyyətinin mənasızlaşdığı bir dövrdə Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri həmişə qarşı tərəfdən müsbət qarşılanmayıb. Lakin hazırda sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı ortaq müraciət artıq əsas maneələri aradan qaldırıb.
Prezident İlham Əliyev hesab edir ki, Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması, Azərbaycanla sülh sazişinin rəsmi imzalanması üçün vacib şərtdir və bu, Ermənistanın öz daxili işidir.
Uzun illər ABŞ mediasında Azərbaycanın demonlaşdırılması davam edib. Erməni lobbi qruplarının dəstəyi ilə bəzi nüfuzlu media qurumları ölkəmiz barədə qərəzli və yalan məlumatlar yayıblar. Prezident İlham Əliyev bu qrupların Ermənistanın inkişafını əngəllədiyini və vaxt itirdiyini vurğulayır.
Eyni zamanda, Azərbaycanda heç vaxt etnik və dini zəmində münaqişə və ya anlaşılmazlıq olmayıb. Ölkə multikulturalizm nümunəsi kimi tanınır və müxtəlif dini-etik qruplar harmoniyada yaşayırlar.
Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi məsələsi də uzun müddət müxtəlif təxribatlara və şayiələrə məruz qalıb. Bayden administrasiyası dövründə bu təbliğatlar daha da güclənib və Azərbaycanın “aqressiv” niyyətləri barədə yanlış təsəvvürlər yaradılıb.
Prezident İlham Əliyev qeyd edir ki, bu tip anti-Azərbaycan təbliğat Bayden administrasiyasından gəlirdi və bunun qarşısında ABŞ-ın əvvəlki administrasiyasının apardığı işlər diqqətə layiqdir.
Bu gün baş verənlər isə Ermənistanın Baş naziri və mənim imzaladığım, Prezident Trampın isə şahidlik etdiyi Birgə Bəyannamədə əks olunub. Orada məhz bizim mövqeyimizi göstərən müddəa var – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış. Bu, Ermənistanın suverenliyi çərçivəsində yazılıb. Bizim istədiyimiz, sadəcə, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz keçid idi. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlik idi. Beş il ərzində heç bir irəliləyiş olmadı, yer üzərində fiziki iş görülmədi. Bu illər ərzində isə biz dəmir yolunu demək olar ki, Ermənistan sərhədinə qədər gətirdik.
Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə, ölkəmiz bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdir. İkinci Qarabağ müharibəsinin sona çatması ilə yaranan boşluq, o dövrdə fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun iflic vəziyyətə düşməsi ilə müşayiət olunurdu. Lakin Azərbaycan öz gələcək baxışlarını ortaya qoyaraq, münaqişənin hərbi-siyasi yolla həllinə nail oldu. Dövlət başçısı bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı və bu təşəbbüs də məhz Azərbaycandan gəlib.
Danışıqlar prosesi o qədər də asan keçməsə də, əsas maneə Ermənistan tərəfinin sülh müqaviləsinə Qarabağla bağlı müddəanın daxil edilməsini tələb etməsi oldu. Azərbaycan bu mövqedə təkid etdi ki, bu, dövlətlərarası sazişdə yer ala bilməz və daxili məsələdir. Brüssel görüşləri də bu problemə çözüm gətirmədi.
Lakin 2023-cü ilin antiterror əməliyyatlarından sonra Ermənistan reallıqlarla barışmalı və fəal danışıqlar prosesi başladı. Hazırda sülh sazişinin maddələri demək olar ki, razılaşdırılıb və Ağ Evdə paraflanması bölgəyə sülh gətirib. Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması məsələsi də gündəmdədir və Prezident İlham Əliyev bunun tam real olduğunu vurğulayır.
Azərbaycanın mövqeyi həmişə ardıcıl və əsaslı olub. Minsk qrupunun fəaliyyətinin mənasızlaşdığı bir dövrdə Azərbaycanın sülh sazişi ilə bağlı təklifləri həmişə qarşı tərəfdən müsbət qarşılanmayıb. Lakin hazırda sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı ortaq müraciət artıq əsas maneələri aradan qaldırıb.
Prezident İlham Əliyev hesab edir ki, Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması, Azərbaycanla sülh sazişinin rəsmi imzalanması üçün vacib şərtdir və bu, Ermənistanın öz daxili işidir.
Uzun illər ABŞ mediasında Azərbaycanın demonlaşdırılması davam edib. Erməni lobbi qruplarının dəstəyi ilə bəzi nüfuzlu media qurumları ölkəmiz barədə qərəzli və yalan məlumatlar yayıblar. Prezident İlham Əliyev bu qrupların Ermənistanın inkişafını əngəllədiyini və vaxt itirdiyini vurğulayır.
Eyni zamanda, Azərbaycanda heç vaxt etnik və dini zəmində münaqişə və ya anlaşılmazlıq olmayıb. Ölkə multikulturalizm nümunəsi kimi tanınır və müxtəlif dini-etik qruplar harmoniyada yaşayırlar.
Azərbaycanla Naxçıvan arasında quru əlaqəsi məsələsi də uzun müddət müxtəlif təxribatlara və şayiələrə məruz qalıb. Bayden administrasiyası dövründə bu təbliğatlar daha da güclənib və Azərbaycanın “aqressiv” niyyətləri barədə yanlış təsəvvürlər yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ səfərində vurğuladı ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması ölkəmizin milli maraqlarından biridir. Ermənistanın suverenliyi çərçivəsində nəzərdə tutulan bu keçid, 2020-ci ilin noyabrında imzalanmış öhdəliklərdə də yer alıb, lakin beş il ərzində real addımlar atılmayıb. Hazırda Azərbaycan dəmir yolunu Ermənistan sərhədinə qədər yaxınlaşdırıb və bu məsafəni tezliklə tamamlamaq niyyətindədir. Eyni zamanda, Naxçıvanda da dəmir yolunun bərpasına başlanır. Ümumilikdə, iki hissəni birləşdirmək üçün təxminən 40 kilometr dəmir yolu, eləcə də elektrik və fiber-optik rabitə xətləri tikiləcək. Bu, həm Azərbaycanın həm də bölgənin enerji və nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün əsasdır.
Prezident İlham Əliyev Bayden administrasiyasının və əlaltılarının – media, QHT-lər və bəzi siyasi fiqurların – uzun illər yaydığı anti-Azərbaycan narrativlərinin iflasa uğradığını bildirdi. Bu şəxslərin əməllərinin əsas səbəbi erməni lobbisindən gələn dəstək olub. Lakin hazırda imzalanan sənədlər açıq şəkildə göstərir ki, Azərbaycan sülh və əlaqə istəyir. Ermənistanın Baş naziri ilə görüşlərdə Azərbaycanın təşəbbüsü ilə Ermənistanın tranzit ölkəyə çevrilməsi imkanları müzakirə olunub. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilər və bu imkanlardan uzun illərdir məhrum olub.
Vaşinqton görüşlərində region üçün tarixi əhəmiyyət daşıyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçirilməsi qərara alınıb. Bu nəqliyyat marşrutu vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid təmin olunacaq. ABŞ rəhbərliyinin dəstəyi ilə reallaşacaq bu layihə regional sülhün və iqtisadi inkişafın mühüm təməl daşlarından biri olacaq.
Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “ExxonMobil” arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd qeyri-ənənəvi və ənənəvi enerji resurslarının dəyərləndirilməsi, habelə yeni neft yataqlarının kəşfi potensialını ehtiva edir. Prezident İlham Əliyev “ExxonMobil”in Azərbaycanın enerji sektorunda uzunmüddətli təcrübəsini və texnoloji imkanlarını vurğulayaraq, bu əməkdaşlığın böyük layihələrə gətirib çıxaracağına əminliyini ifadə edib.
İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrup yaradılıb. Bu qurum enerji, ticarət, tranzit, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirəcək. ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına daxil olan 907-ci düzəlişin tətbiqinin dayandırılması isə münasibətlərdə yeni mərhələnin simvoludur.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri “sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsini paraflayıb və ATƏT-in Minsk Prosesi fəaliyyətinin bağlanması üçün birgə müraciət ünvanlayıblar. Bu, bölgədə sülhün bərqərar olunması və yeni siyasi reallıqların qəbulunun mühüm göstəricisidir.
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə imzalanan Birgə Bəyannamə regionda sülhün bərqərar olması və yeni əməkdaşlıq modellərinin qurulması baxımından əhəmiyyətlidir. Xüsusilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi, Ermənistan ərazisindən keçəcək “Tramp Marşrutu”nun reallaşdırılması və enerji sahəsində inkişaf perspektivləri bölgənin rifahına xidmət edəcək.
Prezident İlham Əliyevin səfəri həm Azərbaycan-ABŞ münasibətlərinin strateji səviyyəyə yüksəlməsini, həm də Cənubi Qafqazda sülh və sabitliyə yeni ümidlər yaratmağı təmin etdi. Bu səfər Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə daha da möhkəmlənməsinə və regionda dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.
