2025/2026-CI TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞAMAXI FİLİALINA QƏBUL OLMUŞ TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialına qəbul olunmuş abituriyentlərin sənəd qəbulu 28 avqust – 08 sentyabr tarixlərində onlayn formada aparılacaqdır.
2025/2026-cı tədris ilində ADPU-nun Şamaxı filialının bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər https://portal.edu.az portalına daxil olaraq “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçməli və onlayn qeydiyyatdan keçməlidirlər.
Onlayn qeydiyyat zamanı tələb olunan sənədlər:
Hərbi biletin surəti (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsi)
Təhsil haqqından azad olan imtiyazlı şəxslər üçün müvafiq sənədlərin surəti.
Qeyd:
Ödənişli əsaslarla təhsil alacaq tələbələr illik təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.
Təhsil haqqını ödəməkdə çətinlik çəkən şəxslər Tələbə Təhsil Krediti Fonduna (TTKF) müraciət edə bilərlər.
https://portal.edu.az portalında qeydiyyat etməyən şəxslər Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunmamış hesab ediləcək və onlar barəsində qəbul əmri verilməyəcəkdir.

Qeydiyyatı təsdiqlənmiş abituriyentlər filiala gələn zaman aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənəd (Subbakalavrlar üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);
Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə; (hicablı olanlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi)-4 ədəd
Şəxsiyyət vəsiqəsinin surəti – 6 ədəd
Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim olunma haqqında sənəd (ağ bilet, oğlanlar üçün)
Tibbi arayış (Forma 086, şəkilli)
Qəbul olunma haqqında sənəd (Dövlət İmtahan Mərkəzinin portalından çıxarılır)
Yaşayış yeri haqqında arayış (tələbənin adına)
Təhsil haqqından azad olan imtiyazlı şəxslərin sənədlərinin notarial qaydada təsdiqlənmiş surətləri.
Müqavilə (Ali təhsil müəssisəsi tərəfindən veriləcək, valideynlər birinin iştirakı mütləqdir)

Yeni Regional Siyasi Format: Türkmənistan, Azərbaycan və Özbəkistan Qardaşlığı

2025-ci il avqustun 22-də Türkmənistanın Avaza şəhərində baş tutan Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin yüksək səviyyəli görüşü regionda əməkdaşlıq tarixində mühüm səhifə açdı. Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər bu tarixi sammitin yalnız bugünkü deyil, həm də gələcək perspektivlərini aydın göstərir. Prezident İlham Əliyev Avazaya […]

Kəlbəcərin Zəfər tarixi və Yenidənqurma missiyası

Müəllif: Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova   Azərbaycanın Qarabağ zəfərinin ən parlaq səhifələrindən biri Kəlbəcər rayonunun azadlığı və bu torpaqlara həyatın qayıdışıdır. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə növbəti səfəri bu tarixə yeni bir mərhələ əlavə etdi. […]