Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan kampaniyanın məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etməkdir.
Tədbir zamanı tələbələrimiz həm RİİB könüllüsü qismində, həm də iştirakçı qismində xüsusi fəallıq göstərmişdir. Müəllimlərimizin qadın azadlığı, təhsilin qızların həyatında oynadığı rol barədə çıxışları xüsusi marağa səbəb oldu.
Delegation of the European Union to Azerbaijan
UNFPA Azerbaijan
UN Women
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi