Filialın müəllim və tələbə heyəti 11 Oktyabr – Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniyada iştirak edib.

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan kampaniyanın məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etməkdir. […]