ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK!
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının “Tarix və coğrafiya müəllimliyi” ixtisasının V tədris ili tələbəsi, TGT və TEC-in fəal üzvü Lamiyə Vahidli “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tələbələr üçün onlayn seminar təşkil etmişdir. Çıxışçı öz təqdimatında siqaret, içki və narkotiklərə aludə olmağın tibbi və sosial baxımdan insan həyatına vurduğu zərbələrdən danışmışdır. Həmçinin qeyd olunmuşdur ki, gələcəyin müəllimləri olaraq Azərbaycan gəncliyinin formalaşdırılmasında böyük rolu olacaq bu günün tələbəsi zərərli vərdişlərlə mübarizə tədbirlərində hər zaman fəal iştirak etməli, gələcək şagirdlərini də bu ruhda yetişdirməlidir.