Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Cəbrayılova Süsən.
Qarabağ Azərbaycanımızın əsrarəngiz, gözəl diyarı, cənnət guşəsidir. Qarabağ həm də, maddi mənəvi abidələrlə zəngin olan mədəniyyət beşiyidir. Uzun illər erməni tapdağında qalan torpağımızı II Qarabağ savaşında əzimkar Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə azad etdi. Bu haqlı mübarizə zəfərli, qalib xalq ünvanını bizə qazandıran şəhid və qazilərimizin qanı ilə paklandı, təmizləndi və bir günəş tək səmalarda üçrəngli bayrağımızın timsalında parladı. Lakin, 10 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə 3 tərəfli bəyanatla son qoyulmasına baxmayaraq son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələr tərəfindən Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması,ərazilərimizin minalanmasının davam etdirilməsi, səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səsbəb oldu. Bu gərginliyi tətikləyən bəzi ermənipərəst dünya dövlətlərinin mövqeyi də siyasi gedişatda öz yerini aldı.
Ötən günlərdə Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terrrorun davamı olaraq yenidən təxribat işləri həyata keçirildi. 2023-cü il 19 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat diversiya qrupları tərəfindən Əhmədbəyli-Fizuli-Şuşa avtomobil yolunda terror məqsədi ilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində, daha sonra Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vastəsinin də quraşdırılmış minaya düşməsi nəticəsində yaralanmış və həlak olmuşdur. Bədxah qonşularımız yenə də öz mənfur xislətlərindən əl çəkməyərək regionda əldə edilən sülh və asayişin pozulmasına rəvac verən proseslər həyata keçirdilər.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Erməni silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilən ərazilərə qayıdan dinc əhali ,habelə bərpa quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konsitutsiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Bu tədbirlərin görülməsi bir vətəndaş olaraq bizləri çox sevindirir. Ərazi bütövlüyü çərçivəsində Ali baş komandanın göstərşi ilə verilən qərarlar mühüm hadisələri qızıl həriflərlə tariximizə həkk etdi.
Ali Baş Komandanın göstərişi ilə ordumuz antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vastələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxararaq uzunmüddətli sabitliyin əldə olunması prosesində atılan mühüm addım idi Eyni zamanda keçirilən antiterror əməliyytları haqqında Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya birgə Manitorinq mərkəzinin 0rəhbərliyi də məlumatlandırılmışdır..
Ordumuz tərəfindən mülki əhali və digər obyektlər hədəfə alinmamağı, yalnız legitim hərbi hədəflərin sıradan çıxarılmsı humanist tədbirlərin bir hissəsi olaraq antiterror hərəkatının aparılmasının mühim istiqamətini təşkil edir. Ermənistanın silahlı qüvvələrinin birləşmələri atəş vastələrini yaşayış yerlərinin yaxınlığında yerləşdirmişdir. Odur ki, Azərbaycan Müdafiə Nazirliyi mülki əhalini hərbi obyektlərdən kənar durmağa, terorçu qondarma qüvvələrə dəstək olmamağa çağırmışdır.
Çox sevindirici haldır ki, Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur.Humanistliyin bariz nümunəsi olaraq qadınlar, uşaqlar, qocalar, fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazimi tibbi və digər yardımlar göstərilmiş, onlar içməli su və ərzaqla təmin olunmuşlar. Əhalinin dinc yolla təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində humanitar dəhliz və qəbul məntəqələri yaradılıb. Bununla Azərbaycan bütün dünyaya nece tolerant və humanist prinsiplərlə idarə olunan dövlət olduğunu çatdırmış oldu.
Ümummili lider Heydər Əliyevin qoyduğu siyasi xətt bugün onun laiqli davamçısı Ali Baş Komandan İlham Əliyev tərəfindən laiqincə yerinə yetirilərək dünya siyasi müstəvisində Azərbaycan dövlətçiliyinin bütün prinsiplərini özündə ehtiva edib bəşəriyyətə çatdırır. Bu möhtəşəm siyasətin birlik və bərabərliyinin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində olduğu kimi bu dəfə də siyasi partiyalar birlik nümayiş göstərərək bəyanat qəbul etmiş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünun və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatının qarşısının alınmsı, işğaldan azad olunan torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi əmri dəstəklədiyini və onun ətrafında sıx birləşdiyini bəyan etmişlər.Azərbaycan Dövlətinin Ermənistana uzanmış sülh əli hər dəfə geri qaytarılmış, xaincəsinə planlar qurularaq Azərbaycana qarşı qarayaxma kompaniyası həyata keçirilməyə başlamış, mövcud ağır şəraitin stabilləşdirilməsi üçün atılan bütün addımlar və sülh müqaviləsinin imzalanması müəyyən bəhanələrlə rədd edilmişdir. Birmənalı olaraq antiterror tədbirlərin görülməsi qaçınılmaz hal aldı.
Qərbi Azərbaycan İcması da öz mövqeyini nümaiş etdirərək beynəlxalq ictimayyəti ədalətli olmağa çağırdı. İcma öz Bəyanatında Ermənistan təcavüzünü qınamış, Azərbaycan tərəfinin beynəlxalq hüququn normalarına sadiq qalaraq sülhü və əməkdaşlıq imkanı yaratdığını bildirmişdir.
Azərbaycan reinteqrasiya məsələsini müzakirə etmək, Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrini dialoqa dəvət edib, lakin, onlar bundan imtina edərək razılıq bildirmədilər. Antiterror mübarizə nəticəsində Yevlax görüşünün keçirilməsinə razılıq əldə olunmuşdur. Bu Qafqaz regionunda rəsmi Bakının söz sahibi və qaydaları müəyyən edən qüvvə olduğunu bir daha sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin:“Qarabağ Azərbaycandır və nida!” ifadəsi zəfərimizin simvoludur.Qarabağ Azərbaycandır!!!