ADPU-nun Şamaxı filialında 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Zəfər tariximixin başlanğıcı: Milli Qurtuluş Günü” adlı elmi-praktik konfrans keçirildi.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, ardınca Ulu öndər Heydər Əliyevin geniş fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov-“Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür” mövzusunda ətraflı məruzə ilə çıxış etdi. Ardınca Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşovun- “Ulu öndər Heydər Əliyev Azərbaycanın xilaskarıdır”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Hüseynovanın-“Heydər Əliyev siyasətinin milli zəmində formalaşmasında Azərbaycan ədəbiyyatının rolu”, İbtidai sinif müəllimliyi ixtisasının I tədris ili tələbəsi Pərvanə Musazadənin- “15 iyun Milli Qurtuluş Günü gənclərin gözü ilə” mövzusunda çıxışları dinlənildi.

Paylaşın: