17 yanvarda ADPU-nun Şamaxı filialında Sosial və pedaqoji elmlər kafedrasının dosenti Cavadova Zərifənin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Zəfərə aparan yol” mövzusunda maarifləndirici dərs keçirilmişdir. İlk növbədə 20 Yanvar faciəsi zamanı canından keçmiş həmvətənlərimizin timsalında bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Zərifə Cavadova “Qanlı Yanvar” faciəsinin tarixindən, sovet imperiyasının qoşun birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən bəhs edib. O qeyd edib ki, 33 il keçsə belə bu vəhşilik öz tarixi mahiyyətini itirməyərək öz aktuallığını qoruyub saxlayır. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi tarixi Azərbaycan torpaqlarının mənfur düşmən Ermənilərin işğalından azad olunması ilə başa çatmışdır. Bu şanlı zəfər ilə bütün şəhidlərimizin, o cümlədən, 20 Yanvar faciəsi qurbanı olan şəhidlərimizin qisası alınmış oldu.
Son olaraq dərs tələbələrlə birlikdə müzakirə şəklində davam etdirilib.