13 iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Publik Hüquqi Şəxsinin Şamaxı filialı və Şamaxı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarına riayət edək!” mövzusunda tədbir keçirildi.
Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, Şamaxı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla Profilaktik Qrupunun baş inspektoru, polis mayoru Ceyhun Rüstəmov və baş inspektoru, polis kapitanı Vahid Zərbəliyev və professor-müəllim heyəti və tələbələr iştirak edirdi.
Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki, filialımızda yol hərəkətinin təhlükəsizliyinin təşkilinə dair təbliğat , təşviqat, maarifləndirmə tədbirləri hər il təşkil olunur və gələcəyin müəllimləri olan tələbələr bu mövzuda maarifləndirilir.
Ardınca polis kapitanı Vahid Zərbəliyev yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, yol hərəkəti qaydalarını öyrənmək və tətbiq etmək hamıya lazımdır, çünki həyati təhlükəsizliyimiz bu istiqamətdəki bilgilərimizdən, məsuliyyətimizdən asılıdır. Yol hərəkəti qaydalarına əməl edək ki, özümüzü bədbəxt hadisələrdən qoruya bilək!