Yol hərəkəti qaydaları mövzusunda tədbir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq Yol hərəkəti qaydaları və təhlükəsizlik mövzusunda tədbir təşkil edildi. Şamax rayon Polis Şöbəsi ilə birgə keçirilən tədbirdə filialın müəllim və tələbə heyəti iştirak edirdilər.
İlk olaraq filialın direktoru, dos. Tünzalə Yusifova tədbir iştirakçılarını və məruzəçi qismində tədbirdə iştirak edən Şamaxı rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin inzibati təcrübə üzrə baş inspektoru polis kapitanı Orxan Yolçiyevi salamladı. O, qeyd etdi ki, təhlükəsizliyimiz naminə yol hərəkəti qaydalarına riayət etmək vacib məsələdir və bu mövzuda gənclərin maarifləndirilməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Çıxış edən polis kapitanı Orxan Yolçiyev tələbələrlə sürücü və piyadalara aid yol hərəkəti qaydalarından, sürücülük vəsiqəsini almaq üçün keçirilən müsabiqənin şərtlərindən, son dövrlər baş verən avtoqəzaların səbəblərindən danışdı.
Diskussiya şəraitində keçirilən tədbir tələbələrin marağına səbəb oldu.