Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Yol hərəhəti qaydaları və nişanları” mövzusunda maarifləndirici seminar keçirildi.
Seminarda yol hərəkəti qaydaları, son illər yollarda baş verən qəzalar və bunun səbəbləri barədə ətraflı məlumat verilib. Məlumatlandırmanın ardınca tələbələr arasında yol hərəkəti qaydaları mövzusunda intellektual yarış keçirilmişdir.
Filialın direktoru dosent Tünzalə Yusifova bu cür tədbirlərin əhəmiyyətini vurğuladı və maarifləndirici mövzuya toxunduqlarına görə tələbələrə təşəkkür etdi.