Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının tələbə təşkilatlarının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş “Yaşıl enerji dünyasına keçid” adlı elmi-praktik konfrans keçirilmişdir.

Tədbirdə çıxış edənlər YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Astrofizika rəsədxanasının şöbə müdiri Nazim Hüseynov, ADPU Şamaxı filialının müəllimi Şassəddin Mikayılov və tələbələri Aysel Musayeva, Elmir Kərimov, Fidan Qafarova və Nuranə Mirzəyeva çıxış edərək iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması, COP29 zamanı müzakirə olunacaq məsələlər, Azərbaycan sədrliyinin prioritetləri və irəli sürdüyü təşəbbüslər, beynəlxalq iqlim dəyişikliyinin yaratdığı fəsadlar və onların aradan qaldırılması səyləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Qobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platforma hesab edilən COP29 Azərbaycana həm də böyük dividendlər gətirəcək. Сənab Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan bu beynəlxalq konfransı da yüksək səviyyədə keçirəcəkdir. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, ölkəmizin gündəliyi “yaşıl enerji” ilə bağlıdır.

Paylaşın: