Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 26 fevral Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbirlər planı təsdiqlənib. Və bu tədbirlər planına əsasən filialda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş guşə yaradılıb və ilk dərslər bu mövzuda keçirilib.

Fevralın 24-də ADPU-nun Şamaxı filialında Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızda” adlı tədbir keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti və tələbələri iştirak edirdi.

İlk olaraq Xocalı soyqırımı qurbanlarının timsalında Azərbaycan torpaqları uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  Ardınca “Xocalı faciəsi qan yaddaşımızda” adlı videoçarx nümayiş olunub.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayilov “Xocalı faciəsi: Tarixi gerçəkliklər və həqiqətlər” mövzusunda çıxış edərək xalqımızın  qan yaddaşına çevrilən  bu faciənin tarixindən geniş şəkildə bəhs edib. Sonra çıxış edən Sosial və Pedaqoji elmlər kafedrasının dosenti Mayıl Alıcanov və Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müdiri Eyvaz Eminalıyev öz çıxışlarında Xocalı Soyqırımının acı gerçəkliklərindən, xalqımızın başına gətirilən dəhşətli müsibətlərdən bəha ediblər.

Daha sonra filialımızın tələbələrinin çıxışları dinlənilib. Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbəsi Rəsul Mehdiyevin “Əsrin ən soyuq gecəsi”, İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbəsi Fidan Abbasovanın “Tarixin qanlı səhifəsi Xocalı soyqırımı” mövzularında çıxışları, Fizika müəllimliyi ixtisasının I tədris ili tələbəsi Xədicə Azayevanın ifasında “ Xocalı” şeirinin, Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasının III tədris ili tələbəsi Nadir Məmmədovun ifasında “Xocalı” şeirinin , Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ili tələbəsi Səbinə Salmanlının ifasında “Zəfər torpağı” şeirinin səsləndirilməsi ilə tədbir başa çatıb.

Paylaşın: