Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Tələbə Gənclər Təşkilatı (TGT) və İntellektual Oyunlar Klubunun (İOK) təşkilatçılığı ilə “ƏLLİ1000” proqramı çərçivəsində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “100 ilin xatirəsi” adlı Nə? Harada? Nə zaman? (NHN) formatında intellektual yarış keçirildi.

Yarışa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İki turdan ibarət olan yarışda iştirakçılar qalibiyyət uğrunda mübarizə aparıb. Gərgin mübarizənin nəticəsi olaraq,
I yerə “Turan” komandası 🥇
II yerə “Qafqaz” komandası 🥈
III yerə “Sirius” komandası layiq görülüb.🥉

Paylaşın: