ADPU-nun Şamaxı filialında ümummilli lider Heydər Əliyevin 101 illiyi ərəfəsində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər və Naxçıvan” mövzusunda dəyirmi masa keçirildi.

İlk olaraq Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx

Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır.  Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır.

Ardınca Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov qeyd etdi ki, qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan Naxçıvanın keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan geniş şəkildə bəhs etdi. Sonra tədbir diskussiya şəklində davam etdi.

Paylaşın: