Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, noyabrın 16-da Şamaxı şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının müdiri dosent Mayıl Alıcanov və Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova da iştirak edirdi.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Konfransın açılışında Ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Şamaxı rayon prokuroru Müşfiq Səfərov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu mövzusunda çıxış edib.

Konfransda həmçinin, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlət quruculuğu sahəsində əvəzolunmaz fəaliyyəti mövzularında çıxış edib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, həmçinin gənclərə olan qayğısından bəhs edən çıxışlar etdikdən sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış filmə baxıblar.

Paylaşın: