“Riyaziyyat və kompüter elmləri” kafedrasının baş müəllimi,  filial HİK-nin sədri Dadaşov Çingiz Zəbhulla oğlu.

       SSRİ kimi nəhəng bir imperiyanın süqutundan sonra Azərbaycanın yaşadığı o təlatümlü illərin şahidi olan hər kəs bilir ki,müstəqilliyimizin əldə olunması asan başa gəlmədi.Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev o dövrü belə xarakterizə etmişdir:“Azərbaycan  böyük  təhlükə  qarşısında  idi.  Çünki  Azərbaycanın  müstəqil yaşamasının  əleyhinə  olan  həm  daxildəki  qüvvələr  güclü  idi,  həm  də  Azərbaycan kimi  böyük  coğrafi-strateji  əhəmiyyətə,  zəngin  təbii  sərvətlərə  malik  olan  ölkənin tam  müstəqil  olması  başqa  ölkələrdə  bəzi  dairələri  qane  etmirdi.  Ermənistanın Azərbaycana   etdiyi   təcavüz   və   bunun   nəticəsində   Azərbaycanın   zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”

1993-cü  il  iyunun  9-da  Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən  hakimiyyətə  qayıdan  Heydər  Əliyev  doğma  Vətənin  xilası  naminə  misilsiz fədakarlıq   nümayiş   etdirmiş,   ölkəmizi   ictimai-siyasi   pərakəndəliyin   və   anarxiyanın

məngənəsindən  qurtarmış,  bütün  sahələrdə  müşahidə  olunan  dərin  tənəzzülün  qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.

Azərbaycan  torpaqlarının  Ermənistan silahlı  qüvvələri  tərəfindən  davamlı  işğalı,  getdikcə  gərginləşən  siyasi  vəziyyət,  əhalinin gündən-günə  ağırlaşan  sosial  durumu  ölkəni  bu  bəlalardan  xilas  edə  biləcək,  xalqı  öz arxasınca   aparmağa   qadir   liderə   ehtiyac   olduğunu   şərtləndirirdi.   Cəmiyyətin   bütün

təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

Azərbaycan  xalqının  taleyində  böyük  əhəmiyyəti  olan  günlərdən  biri  və

tariximizə  qızıl  hərflərlə  yazılmış  15  İyun  –  Milli  Qurtuluş  Günüdür.  Ümummilli  lider Heydər  Əliyevin  adı  ilə  bağlı  olan  Milli  Qurtuluş  Günü  Azərbaycan  tarixinin  şanlı  qürur səhifəsinə  çevrildi.  1993-cü  il  iyunun  15-də  Ulu  Öndər  Heydər  Əliyevin  hakimiyyətə qayıdışı  ilə  Azərbaycan  dərin  ictimai-siyasi  və  iqtisadi  böhrandan  xilas  oldu,  inkişafın sarsılmaz   təməlləri   qoyuldu.   1993-cü   il   iyunun   15-də Heydər   Əliyev    Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə

Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətləri  Ali  Sovetin  sədri  Heydər  Əliyevə verilmişdir. 1997-ci ilin  iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir.

1993-cü  ilin  15  iyun  tarixi  gün,  eyni  zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.  Ulu  Öndərin  xalqımız  və  tariximiz  qarşısında  ən  böyük  xidmətləri  kəskin geosiyasi   ziddiyyətlərin   mövcud   olduğu   bir   şəraitdə   Azərbaycan   dövlətçiliyini   xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.  Xalqımız  Ulu  Öndər  Heydər  Əliyevin  əziz  xatirəsini  həmişə  uca  tutur. Dövlətçilik  salnaməmizdə  silinməz  izlər  qoymuş,  azərbaycanlı  olması  ilə  ömür  boyu  fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi  kimi  qəbul  edilir.  Xalqımız  onun  əziz  xatirəsini  həmişə  uca  tutur  və  minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir;

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və andına sadiq Ulu  Öndər  Heydər  Əliyevi  Prezident  seçdi.  Xalqın  mütləq  əksəriyyətinin  səsini

qazanaraq  Azərbaycan  Respublikasının  Prezidenti  seçilən  Ümummilli  Lider  andiçmə mərasimindəki  nitqində  deyib:  Bu  gün  mənim  üçün  tarixi,  əlamətdar  bir  gündürMənə göstərilən  bu  böyük  etimada  görə  Azərbaycan  vətəndaşlarınaAzərbaycan  xalqına hörmətimiməhəbbətimi  bildirir  və  əmin  etmək  istəyirəm  kihəyatımın  sonuna  qədər xalqıma  sədaqətlə  xidmət  edəcək  və  bütün  fəaliyyətimi  Azərbaycan  Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

Ulu  Öndər  Heydər  Əliyevin  siyasi  irsinin  davamı  olan  Yeni  Azərbaycan

Partiyası bu gün xalqın partiyasıdır. 1992-ci  ilin  noyabrında  Naxçıvanda Yeni Azərbaycan  Partiyasının  yaradılması və  Heydər  Əliyevin  partiyaya  sədr  seçilməsi  faktiki  olaraq  Azərbaycanda  müasir  siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara  qarşı  müxalifət  kimi  yaranmışdır. Yeni Azərbaycan  Partiyasının  yaranması  bütün

Azərbaycanda  böyük  əks-səda  vermişdi.  Azərbaycanın  müxtəlif  bölgələrindən  partiyaya üzv  olmaq  istəyənlərin  axını  müşahidə  edilirdi  və  qısa  müddət  ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi qızıl hərflərlə yazılıb. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu

ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir.

Müstəqilliyimizin səbəbkarı olan,bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.

Ümummilli  Lider  Heydər  Əliyev  problemlərin  həlli  üçün  ölkədə

vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik  olmasa,  sağlam  ictimai-siyasi  mühit  olmasa,  heç  bir  sosial-iqtisadi  proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”

“Mənim  həyatım  da,  fəaliyyətim  də  yalnız  və  yalnız  Azərbaycanın müstəqilliyinin  qorunub  saxlanmasına,  ölkəmizin  bu  ağır  vəziyyətdən  qalxmasına  həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə  vətəndaş  həmrəyliyinin,  sabitliyin  təmin  olunmasına  yönəltdi  və  buna  nail  oldu.

Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü;  Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi:

  • Xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi;
  • Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti;
  • Heydər Əliyevin  mənsub  olduğu  Azərbaycan  xalqına,  Vətəninə  sonsuz  və

təmənnasız sevgisi.

    Qurtuluşun əsas rəmzləri kimi aşağıdakıları hesab edə bilərik:

  • Ulu Öndər   Heydər   Əliyevin   xilaskarlıq   missiyası   Azərbaycanı   məhv

olmaqdan, parçalanmaqdan xilas etdi.

  • Asayiş və   qayda-qanun   bərqərar   edildi,   soyğunçuluğa,   vətəndaşların

əmlakının qəsb olunmasına son qoyuldu.

  • Nizami ordu   yaradıldı,   Qarabağ   müharibəsində   atəşkəs   əldə   edildi,

münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı.

  • İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı.
  • Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu.
  • Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.
  • İlk parlament  seçkiləri  keçirildi  və  referendum  yolu  ilə  Konstitusiya  qəbul

edildi.

  • Azərbaycanın beynəlxalq  əlaqələri  formalaşdırıldı,  ölkənin  dünya  birliyinə

inteqrasiyası prosesi başlandı.

  • Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

–  Sabit  inkişafın  bünövrəsi.  1993-2003-cü  illərdə  Azərbaycanın  sürətli  inkişafı

bugünkü  reallıqların  bünövrəsidir.  Həmin  illərdə  görülmüş  işlər  sayəsində  Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.

Müasir  Azərbaycan  Ulu  Öndər  Heydər  Əliyevin  görmək  istədiyi  azad,

müstəqil,  ərazi  bütövlüyü  təmin  olunmuş  Azərbaycan idi.  Məhz  Ulu  Öndərin  ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan  Silahlı  Qüvvələri  dünyanın  ən  güclü  50  ordusu  sırasında  yer  alır,  texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir;

H.Əliyev fenomeni özündə milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında  birləşdirməsi  bəşər  tarixində  nadir  rast  gəlinən  unikal  haldır.  Belə  şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus  yeri  vardır.  Ulu  Öndər  fəaliyyət  göstərdiyi  bütün  sahələrdə  özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Heydər  Əliyevin  ən  böyük  gücü  dərin,  universal biliyində,   qətiyyətində,   işgüzarlığında,   hökmündə,   qeyri-adi   yaddaşında,   tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu

məsələni  həyata  keçirmək  qabiliyyətində,  müdrikliyində,  siyasətçi  keyfiyyətlərində,  mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi;

Ulu Öndərin ən böyük arzusu– Azərbaycanı bütöv görmək  idi.  Ümummilli  Liderin  məcburi  köçkünlər  qarşısında  çıxışlarının  birində  böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim  mədəniyyətimizin,  tariximizin  rəmzidir.  Şuşa  hamı  üçün  əzizdir.  Amma  təkcə  Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”

Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə,

Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə

dalğalanır. “Danılmaz   həqiqətdir   ki,   Azərbaycanın   müasir   və   müstəqil   dövlət   kimi mövcudluğu,  inkişafı  XX  əsrdə  ikinci  dəfə  qazandığımız  müstəqilliyin  ilk  illərinə təsadüf  edən  Milli  Qurtuluş  Günü  ilə  əlaqədardır.  Qurtuluş  Günü  Azərbaycan tarixində dönüş nöqtəsi idi” – Prezident İlham Əliyev.

Ulu  Öndər  Heydər  Əliyevin  siyasi  kursunun  layiqli   davamçısı   Prezident  İlham Əliyev  bu kursu  uğurla   davam   etdirir   və   zənginləşdirir.Məhz bunun sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu  gündən-günə  artan  dövlətinə  çevrilib.  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən  siyasət  nəticəsində  ölkəmiz  yeni nailiyyətlər  qazanaraq  güclü  və  nüfuzlu  dövlətlər  sırasında  öz  mövqeyini  daha  da möhkəmləndirib.  Heydər  Əliyev  siyasətinin  layiqli  davamçısı  Prezident  İlham  Əliyevin rəhbərliyi  ilə  həyata  keçirilən  uğurlu,  səmərəli  daxili  və  xarici  siyasət  həm  Azərbaycanın yüksəlişi  və  inkişafında,  milli  maraqların  qorunmasında,  həm  də  ölkəmizin  dünya  siyasi arenasında  layiqli  yer  tutmasında  öz  ifadəsini  tapır.  Prezident  İlham  Əliyevin  həyata

keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu  Öndər  Heydər  Əliyevin  siyasi  kursunun  uğurlu  davamının  məntiqi  nəticəsidir.  Ulu

Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi.

“Mən  xoşbəxt  insanam  ki,  ata  vəsiyyətini  yerinə  yetirdim.  Şuşanı  azad  etdik!  Bu,  böyük Qələbədir!   Bu   gün   şəhidlərimizin,   Ulu   Öndərin   ruhu   şaddır!   Gözün   aydın   olsun, Azərbaycan!” – Prezident İlham Əliyev 8 noyabr 2020-ci il.

Qurtuluş  Gününün  müasir  sədaları bu gün Qarabağda öz əksini tapır.  Prezident,  Müzəffər  Ali  Baş  Komandan İlham  Əliyev  azad  edilmiş  torpaqlarda  infrastruktur  layihələrinin  təməlini  qoyur,  Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr   fəth   ediləcək,   düşmənin   yerlə-yeksan   etdiyi   Qarabağ   dünyanın   ən   gözəl guşələrindən birinə çevriləcək.

     Azadlığımız əbədidir və heç vaxt sarsılmayacaq!Yaşasın Azərbaycan və onun müzəffər prezidenti İlham Əliyev!

Milli Qurtuluş bayramınız mübarək olsun!

 

 

 

 

 

Paylaşın: