Şamaxı regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Şamaxı Dövlət Regional Kollecinin tərəfdaşlığı ilə Şamaxı gəncləri arasında “Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Qələbə Gününün qeyd olunması” mövzusu üzrə açıq havada intellektual yarış keçirilib.

2 mərhələdən ibarət olan yarışda 10 komanda iştirak edirdi. Oyunda hər mərhələsi 12 sualdan ibarət olmaqla 24 sual səsləndirilib.

İntellektual yarışda ADPU Şamaxı filialının tələbələri, Tələbə Gənclər Təşkilatının (TGT) klub rəhbərlərinin və fəal üzvlərinin iştirak etdiyi “Turan” komandası I yerə layiq görülmüşdür.

Tələbələrimizi qalibiyyət münasibətilə təbrik edir, yeni uğurlar arzulayırıq!

Paylaşın: