ADPU-nun Şamaxı filialında xalqımızın qədim və ən əziz bayramlarından Novruz bayramının sonuncu müjdəçisi olan Torpaq çərşənbəsi münasibəti ilə bayram şənliyi keçirilib.
Filial əməkdaşlarının təşkil etdiyi şənlikdə milli adət-ənənələrimizi əks etdirən bayram xonçaları, bayramın atributları olan müxtəlif növ şirniyyatlar və Novruz bayramı ilə bağlı maraqlı əl işləri sərgilənib, milli geyim və rəqslər nümayiş olunub,
Tədbirdə həmçinin bayram tonqalı qalanıb və əməkdaşlar tonqal ətrafında yallı gediblər. Bahar şənliyi bütün iştirakçılarda xoş əhval-ruhiyyə və bayram sevinci yaradıb.