2023/2024-cü tədris ili üçün Şamaxı filialına yeni qəbul olanların qeydiyyatı mütəşəkkil şəkildə həyata keçirildi. Avqustun 28-dən başlayan qeydiyyat sentyabrın 9-da başa çatacaq. Filial direktoru dosent Tünzalə Yusifovanın müvafiq əmrinə əsasən, tələbə adını qazanmış gənclərin onlayn qeydiyyatına nəzarət edilməsi və lazımi prosesdr işlərin həyata keçirilməsi məqsədilə Sənəd Qəbulu Komissiyası yaradılıb. Komissiya onlayn qaydada sənədlərin uyğunluğunun yoxlanması və təsdiq edilməsi işini həyata keçirmiş, eləcə də qeydiyyatdan keçmə prosesində çətinlik çəkənlərə köməklik göstərmişdir.
2024/2025-ci tədris ili üçün ADPU-nun Şamaxı filialına 175 plan yeri ayrılıb. Tələbə qəbulu üzrə ilk mərhələdə filiala 8 ixtisas üzrə 153 nəfər qəbul olmuşdur. Onlardan 17 nəfər dövlət sifarişli, 134 nəfər isə ödənişli əsaslarla qəbul olmuşdur. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına 20, İbtidai sinif müəllimliyi ixtisasına 30, Məktəbəqədər təhsil ixtisasına 20, Tarix müəllimliyi ixtisasına 20, Təhsildə sosial-psixoloji xidmət ixtisasına 20, Tarix və coğrafiya müəllimliyi ixtisasına 20, Riyaziyyat və informatika müəllimliyi ixtisasına 18, Fizika müəllimliyi ixtisasına 5 nəfər tələbə qəbul olunmuşdur. Qəbul faizi 87,4-dür.
Tələbə qəbulu üzrə ikinci turda isə Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə 7 nəfər tələbə qəbul olmuşdur.
Filiala qəbul olan bütün tələblərimizi təbrik edir, təhsil həyatında uğurlar arzu edirik.