Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Elşən Hüseynov adına Şamaxı şəhər 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə pedaqoji təcrübədə olan tələbələrimiz təcrübədə olduqları məktəbdə VII sinif şagirdləri arasında Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr olunmuş “Gənclər Gələcəyimizdir!” adlı intellektual yarış keçiriblər.
Məktəbin direktoru İskəndər Həsənov öz çıxışında filial rəhbərliyinə və pedaqoji təcrübədə olan tələbələrimizə bu təşəbbüsü irəli sürdükləri üçün təşəkkür edib.
İntellektual yarışda filialın Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədov və Pedaqoji təcrübə rəhbəri Zərifə Həmidova iştirak edirdi. Fəxrəddin Məmmədov çıxışında hər kəsi salamlayaraq, tələbələrimizə və yarışda iştirak edən məktəblilərə uğurlar arzulayıb.
Qeyd edək ki, Tələbə Gənclər Təşkilatının idarə heyətində həmçinin fəal üzvləri arasında olanlar pedaqoji təcrübə zamanı da öz fəallıqlarını davam etdirirlər. Bu da onların gələcəkdə bir müəllim, idarəçi kimi formalaşmalarına köməklik göstərir.
İntellektual oyun zamanı 5 komanda qalibiyyət uğrunda mübarizə aparıb.
Gərgin və maraqlı mübarizənin nəticəsi olaraq,
I yerə “Xarıbülbül” komandası
II yerə “Atəş” komandası
III yerə “Zəfər” komandası layiq görülüb.
Sonda isə qalib komandalar kubok və diplomlarla təltif olunub. Qalibləri təbrik edir, onlara yeni – yeni uğurlar arzulayırıq!