6 aprel   2021-ci il tarixində  saat 1400-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “Riyaziyyat və kompüter elmləri” kafedrasının baş müəllimi Şahbazova Qahirə Lələ qızının  “Təhsildə yeni metod-STEAM”  adlı mövzusunda elmi-praktik  seminarı  keçirilmişdir.

Tədbirdə filialın direktoru dos.Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr  iştirak  ediblər.

Seminarda müəllim STEM metodu haqqında məlumat verdi:  texniki və təbiət fənlərinin tədrisində orta məktəbin ənənəvi nəzəriyyə əzbərlətmə üsullarından fərqli olaraq, elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını real həyat problemlərinin həlli vasitəsilə, “layihə əsaslı öyrənmə” ilə təhsilalanlara aşılamaqdır.

Sonda isə  iştirakçıların  suallarına cavab  verilmişdir.

Paylaşın: