TƏDRİS ŞÖBƏSİ
Məmmədov Fəxrəddin Emin oğlu
şöbə müdiri
Əliyeva Şahzadə Suqrat qızı
tələbələrin qeydiyyatı və sənədlərlə iş üzrə mütəxəssisi
Zülfüqarova Aybəniz Sabir qızı
karyera və məzunlarla iş üzrə mütəxəssis
Nərimanov Rasim Əlisa oğlu
Pedaqoji təcrübə rəhbəri
Quliyeva Ləman Şahbaba qızı
operator
Qarayeva Mariya Əfraim qızı
operator
Simanicad Günay Suqrat qızı
operator
ŞÖBƏNİN TARİXİ
Şöbə ilk olaraq Tədris və tələbə şöbəsi adı ilə 2008-ci ildən fəaliyyətə başlamış, ADPU-nun Şamaxı filialının 23.11.2018-ci il tarixində təsdiq edilmiş yeni strukturuna müvafiq olaraq 2019-cu ilin yanvar ayının 3-dən Tələbə və tədrisin idarə olunması şöbəsi adı ilə fəaliyyətini davam etdirmişdir. 05.01.2022-ci il tarixindən şöbənin adı dəyişdirilərək Tədris şöbəsi adlandırılmışdır
ŞÖBƏ HAQQINDA
Tədris şöbəsi öz işini Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Təhsil sahəsində İslahat Proqramına, Ali təhsil haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na, tədris-tərbiyə ilə bağlı olan digər normativ – hüquqi sənədlərə, ADPU-nun Şamaxı filialının “Əsasnamə”sinə və Elmi Şura tərəfindən təsdiq olunmuş iş planına istinad edilir.
TƏDRİS ŞÖBƏSİNİN FƏALİYYƏTİ:
– Şöbə filialın Pedaqoji fakultəsində və kafedralarında tədris işlərini təşkil edir, tədris yüklərinə dair tapşırıqların müvafiq strukturlara çatdırılmasını, kafedralar üzrə professor-müəllim heyətinin dərs yükünün bölünməsini, təsdiq edilməsi və yerinə yetirilməsini, tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və aidiyyəti yerlərə göndərilməsini təşkil edir.
– Tələbələrin tədris planına uyğun dərslərin tələblərə uyğun keçirilməsinə nəzarət edir.
– Tələbələrin məsləhət saatlarının təşkilinə, imtahanların keçirilməsinə, akademik borcların ləğvinə, tələbələrin dərsə davamiyyətinə nəzarət edir və təhsillə bağlı bütün məsələlərin həllində iştirak edir.
– Metodik işlərlə bağlı rəhbər orqanların, bütün normativ hüquqi sənədlərin, qanun, qərar, əmr, göstəriş, təminatı məktub və sərəncamların filialın struktur bölmələrinə və kafedralara çatdırılmasını təmin edir, kafedralar və fakultənin tədris-metodik fəaliyyəti barədə illik hesabatları qəbul edir, ümumiləşdirir və filial üzrə illik hesabatın tərtib edilməsində iştirak edir.
– Tədris prosesinin təkmilləşməsinə xidmət edən təkliflər, metodik göstərişlər, tövsiyələr hazırlayır, açıq dərslərin keçirilməsini təşkil edir, tədris olunan fənlərin proqramlarının mövcudluğu vəziyyətini öyrənir.
– Buraxılış Yekun Dövlət Attestasiyasının, buraxılış işlərinin müdafiəsi ilə bağlı zəruri olan metodiki sənədlərin vaxtında hazırlanaraq tələbələrə, kafedra və dekanlığa çatdırılmasına nəzarət edir.
– Pedaqoji təcrübəyə gedəcək tələbələrin dəqiq siyahısını hazırlayır, müəssisələrlə müqavilələr bağlanmasını, pedaqoji təcrübənin başlanması və yekun konfransının keçirilməsini təmin edir, təcrübəyə gedən tələbə və müəllimlərin davamiyyətinə, sınaq dərslərinin keçirilməsinə nəzarət edir.