“Təbii fəlakətlər zamanı nə edilmədir” adlı tədbir
Noyabrın 1-də “ASAN Könüllüləri” Təşkilatının Şamaxı regional “ASAN xidmət” mərkəzi üzrə nümayəndəliyinin təşəbbüsü ilə “Təbii fəlakətlər zamanı nə edilmədir” adlı tədbir həyata keçirildi. Tədbirin ideya müəllifi ADPU Şamaxı filialının tələbəsi, ASAN Könüllülər Təşkilatının nümayəndəsi Mənsubə Vahabzadə idi. Tədbirdə filialın Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Şahin Hüseynov təlimçi qismində çıxış edərək təbii fəlakətlərin səbəbləri, təbii fəlakətlərdən qorunmaq və ilk tibbi yardım barədə geniş təqdimatla çıxış etdi.
Böyük maraqla qarşılanan təlimin sonunda təlimçi könüllülərin suallarını da cavablandırdı.