Tələbə Elmi Cəmiyyəti

TEC- nin fəaliyyəti filialın Direktoryanı Şurası tərəfindən təsdiq olunmuş sənədlər və illik iş planı əsasında yerinə yetirilir.

İş planı:

1. TEC-in 2016/2017-ci tədris ili üçün iş planının müzakirəsi və təsdiqi; 2. 2016/2017-ci tədris ili üçün hazırlıq işlərinin həyata keçirilməsi; 3. TEC-in struktur üzvlərinin müəyyənləşdirilməsi və təsdiqi; 4. Kafedralarda tələbə elmi tədqiqat işlərinin müzakirəsi və yekun konfransa hazırlıq işlərinin başlanması; 5. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş TEC-in tələbə elmi tədqiqat işlərinin XI konfransının təşkili və keçirilməsi; 6. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş elmi konfransda iştirak etmək; 7. Çap olunmaq üçün nəzərdə tutulmuş elmi tədqiqat işlərinin elektron formada hazırlanmasının başa çatdırılması və ADPU-ya göndərilməsi; 8. Filial konfransında yer tutmuş tələbələrin ADPU-nun TEC-nin elmi konfransında iştirakını təmin etmək; 9. 2016/2017-ci tədris ilində tələbə elmi tədqiqat işlərinin yerinə yetirilməsinin nəticəsinin müzakirəsi və növbəti tədris ilinə hazırlıq işləri; 10. Növbəti tədris ili üçün tələbə elmi tədqiqat işlərinin mövzularının müəyyənləşdirilməsi və təsdiq; 11. TEC üzvlərinin elmi rəhbərləri ilə tanışlığı və görüləcək işlərin planının hazırlanması; 12. Təqvim üzrə və təqvimdən kənar filialda keçirilən bütün elmi və ictimai tədbirlərin təşkilatçılığında iştirak etmək; TEC-in tərkibi:

Sədr – Şəlalə Seyidova

Katib – Qumru Dursunalıyeva

I müavin – Fuad Rəcəbov

II müavini – Ülkər Babayeva

Gənclər təşkilatı

TGT illik iş planında müəyyənləşd irilmiş funksiyaları yerinə yetirir.

TGT üzvlüyündə 500-dən artıq tələbəni birləşdirir. Təşkilat xüsusi qabiliyyətləri olan tələbələrin üzə çıxarılmasını, siyasi-ictimai tədbirlərin, milli bayramların təşkil olunmasını, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi üçün təşkil olunan idman yarışları, intellektual bilik oyunları, tələbələrdə vətənpərvərlik ruhunu daha da artırmaq üçün təşkil olunan tarixi yerlərə ekskursiyaları təşkil edir. Eyni zamanda rayon və respublika səviyyəli yarış və konfranslarda tələbələrin fəal iştirakının təmin edir.

İş planı:

1.“Bilik günü” nün qeyd edilməsinin təşkili; 2. I kurs tələbələri ilə ümumi tanışlıq və TGT-nin tərkibinin təyin edilməsi; 3. Tələbə Gənclər Təşkilatının ilk iclasının keçirilməsi; 4. Filialın daxili nizam-intizam qaydalarının tələbələr arasında geniş təbliği və həyata keçirilməsi; 5. Tələbələr arasında “İlin tələbəsi nominasiyalarına start verilməsi; 6. “Sülh günü”nə həsr olunmuş dəyirmi masanın təşkili və divar qəzetinin buraxılması; 7. “Müəllimlər günü”nə həsr olunmuş tədbirin keçirilməsi və təbrik banerinin hazırlanması; 8. “Tələbələrin hüquq və vəzifələri” mövzusuna həsr olunmuş dəyirmi masanın təşkili; 9. 18 oktyabr “Milli Müstəqillik günü” nə həsr olunmuş qruplar arası intellektual yarışın keçirilməsi; 10. 18 oktyabr “Milli Müsqəllik günü”nə həsr olunmuş dəyirmi masanın təşkilinə hazırlıq və divar qəzetinin buraxılması; 11. “Kim? Harada? Nə zaman?” Xəzər intellektual oyununun keçirilməsi; 12. 9 noyabr “Bayraq günü”nə həsr olunmuş tədbirə hazırlıq və divar qəzetinin buraxılması; 13. “Müasir tələbə necə olmalıdır” mövzusunda dəyirmi masanın təşkili; 14. “Kim? Harada? Nə zaman?” Xəzər intellektual oyununun növbəti mərhələsinin keçirilməsi; 15. 12 noyabr “Milli Konstitusiya günü”nə həsr olunmuş dəyirmi masanın keçirilməsinə hazırlıq və divar qəzetinin buraxılması; 16. 17 noyabr “Milli Dirçəliş günü”nə həsr olunmuş dəyirmi masanın keçirilməsinə hazırlıq işləri və divar qəzetinin buraxılması; 17. Görkəmli şair və yazıçıların yübileylərinin qeyd edilməsi; 18. “Kim? Harada? Nə zaman?” Xəzər intellektual oyunun final mərhələsində iştirakı üçün filialdaxili komandanın təşkili; 19. “Dünya azərbaycanlılarının həmrəylik günü” və “Yeni il” karnavalının keçirilməsi; 20. “20 Yanvar” faciəsinə həsr olunmuş anım gününün qeyd edilməsi və şəhidlərin məzarlarına ziyarət edilməsi; 21. 21 Fevral “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş dəyirmi masanın keçirilməsi və divar qəzetinin buraxılması; 22. 26 Fevral “Xocalı faciəsi”ni əks etdirən sərginin hazırlanması və tədbirin təşkil edilməsi; 23. 8 Mart “Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş tədbirin keçirilməsi və divar qəzetinin buraxılması; 24. “Novruz bayramı” na həsr olunmuş tədbirin keçirilməsi, “Əlil və ruhi xəstələr evi” nə maddi və mənəvi yardımın göstərilməsi; 25. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş “Doğma diyarım Azərbaycan” mövzusunda fotoşəkil müsabiqəsinin keçirilməsi; 26. “31 Mart Soyqırım Günü” nə həsr olunmuş anım gününün keçirilməsi və divar qəzetinin buraxılması; 27. Filial daxilində iməciliyin keçirilməsi; 28. Tələbələr arasında neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsinə dair dəyirmi masanın təşkili; 29. “Ümumilli lider Heydər Əliyev və mənəvi irsimiz” dəyirmi masanın təşkili; 30. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş silsilə tədbirlərin hazırlanması və iştirak edilməsi; 31. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş şeir müsabiqəsinin, dama və şahmat oyunlarının keçirilməsi; 32. Filial daxilində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfransının keçirilməsinin təşkili; 33. “Respublika günü” nə həsr olunmuş dəyirmi masanın keçirilməsi və divar qəzetinin buraxılması; 34. Məzun gününün keçirilməsi TGT-nin tərkibi aşağıdakı strukturdan ibarətdir:

Sədr: Südabə Əlibəyli

Müavinlər:

Məmmədov Nicat,

Maqsudova Nərmin,

Sadıqov Heydər,

Məmmədova Ləman

Hər qrup üzrə qrup menecerləri

Klub rəhbərləri 3 katib, fotoqraf