ADPU-nun Şamaxı filialında sosial təlimçi Həmdamin Balakişiyevin təqdimatında “Start-up nədir?” mövzusunda təlim keçirilib. Təlimdə filialın tələbələri aktiv şəkildə iştirak edirdilər.
Təlimçi ilk olaraq mövzu haqqında ümumi məlumat verib. O qeyd edib ki, Start-up dedikdə, mövcüd olmayan hər hansı bir ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyac halına gətirən inkişafa meyilli təşəbbüslər başa düşülür. Təlimçi ideyanı biznəsə çevirmək, investisiya qazanmağın yolları haqqında da iştirakçıları məlumatlandırıb.
Sonra təlim diskussiya formasında davam etdirilib və sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.