Sosial və xususi fənlər kafedrasının müdiri dosent Mayıl Alıcanov “Heydər Əliyevin 100 illiyi yubiley medalı ilə təltif olundu. 15 mart 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 31 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova da iştirak edirdi.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Şamaxı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Eybalı Ağayev, partiya veteranı Nəzakət Abdulrazaqova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malikdir.Bu gün Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı artır.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunan tədbir iştirakçılarına medalları təqdim olundu.

ADPU-nun Şamaxı filialınən Sosial və xususi fənlər kafedrasının müdiri dosent Mayıl Alıcanov da “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanlar sırasında yer aldı. Bu münasibətlə Mayıl müəllimi ürəkdən təbrik edir, möhkəm can sağlığı və daha böyük uğurlar arzu edirik.

Paylaşın: