Tədris və tələbə şöbəsi
Şöbə 2008-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil Qanununa, Mülki Məcəlləyə, Təhsil sahəsində İslahatlar Proqramına, “Ali təhsil müəssisələri haqqında” Əsasnaməyə və digər normativ sənədlərə uyğun fəaliyyət göstərir və ADPU-nun Nizamnaməsi və Əsasnaməsi, illik iş planı ilə müəyyənləşdirilmiş funksiyaları yerinə yetirir.
İllik iş planı: 1. Şöbənin 2016/2017-ci tədris ili üçün iş planının tərtibi və təsdiqi; 2. Tədris ili üçün dərs yüklərinin kafedralar üzrə bölgüsünə, təsdiq edilməsinə, yerinə yetirilməsinə rəhbərlik və nəzarət; 3. I tədris ilinə qəbul olunan tələbələrin şəxsi işlərinin yoxlanılıb qaydaya salınması; 4. 2016/2017–ci tədris ilinə aid dərs cədvəllərinin tərtib edilməsi və dərslərin keçirilməsinə nəzarət; 5. Cədvəl üzrə dərslərin aparılmasına, tələbələrin məşğələlərə davamiyyətinə, jurnalların düzgün doldurulmasına nəzarət; 6. 2016/2017-ci ildə filialda təhsil alan ümumi tələbələrin sayının dəqiqləşdirilməsi 7. Təhsil Nazirliyi və Respublika Dövlət Statistika Komitəsinə Rəsmi statistik hesabatının hazırlanıb direktorluğa təqdim etmək; 8. Filial üzrə tələbələrin hərəkatının dəqiq qeydiyyatını aparmaq və müəyyən təqdimatları hazırlamaq; 9. Tədris ili müddətində saathesabı qaydada dərs aparan müəllimləri müəyyənləşdirib əmr hazırlamaq; 10.Dərs yükü ilə bağlı tapşırıqların yoxlanması, kafedralar tərəfindən tədris yüklərinin bölgüsünə (müəyyən səbəblərlə əlaqədar qismən dəyişikliklər nəzərə alınmaqla) nəzarət etmək; 11.Kafedra və başqa strukturların hesabatlarının (yarımillik və illik) toplanması və institut üzrə yekun hesabatın hazırlanmasına kömək göstərmək; 12.İmtahanlara buraxılan tələbələrin sayının dəqiqləşdirilməsində kredit kabineti ilə əməkdaşlıq etmək; 13.Tədris yüklərinin yerinə yetirilməsinə və tədris sənədlərinin düzgün doldurulmasına (tədris jurnalları) nəzarət (ixtisaslar üzrə); 14.Hər günün sonunda növbələr üzrə tələbələrin davamiyyəti, dərs buraxan və dərsə gecikmə hallarına yol verən əməkdaşlar barədə məlumat hazırlayıb rəhbərliyə təqdim etmək; 15.2016/2017-cı tədris ilinə aid imtahan cədvəllərinin tərtib olunmasına və icrasına nəzarət; 16.İmtahan ərəfəsində imtahan suallarının vaxtında hazırlanmasına və tələbələrə çatdırılmasına nəzarət; 17.Sessiyanın nəticələrin toplamaq və bu məlumatın əsasında əla, əla və yaxşı, kafi qiymətlər alan tələblərin faizinin kurs və qruplar üzrə müəyyən edilməsində kredit şöbəsinin işinə nəzarət etmək; 18.6 semestrin nəticələrini nəzərə almaqla bakalavr təhsil pilləsi tələbələrinin buraxılış işi yazmaq hüququna malik olmasını müəyyənləşdirmək; 19.Kafedraraların şəxsi iş planlarının toplanmasını təmin etmək; 20.Kafedralar üzrə hazırlanmış qrafik üzrə keçirilən açıq dərslərdə iştirak etmək; 21.Dövlət imtahanına buraxılan tələbələrin sayını müəyyənləşdirmək, onların ixtisas fənlərindən məsləhət saatlarının tarixinin müəyyyənləşdirilməsinə və keçirilməsinə nəzarət etmək; 22.İxtisaslar üzrə tədris olunan fənn proqramlarının təminat vəziyyətini öyrənmək, həmin proqramların əldə olunmasına metodiki köməklik göstərmək və struktur bölmələrinə çatdırılmasını təmin etmək; 23.Dərs yükü metodik tələblərə uyğun bölüşdürdlməsinə nəzarət etmək; 24.Tədris olunan fənlər üzrə proqramların mövcudluğunun müəyyənləşdirilməsi və ADPU-nun proqramları ilə müəllimlərin təmin edilməsində kafedraların işinə nəzarət; 25.Sessiyaqabağı imtahan cədvəllərinin hazırlanması və strukturlara çatdırılmasına nəzarət; 26.Bütün strukturların yarımillik və illik hesabatlarının toplanması; 27.Pedaqoji təcrübəyə gedən tələbələrin dəqiq siyahısının hazırlanmasında, məktəblərin müəyyənləşdirilməsində pedaqoji təcrübə rəhbərinə kömək göstərmək; 28.Pedaqoji təcrübəyə gedən tələbə və müəllimlərin davamiyyətinə və keçirilən sınaq dərslərinin aparılmasına nəzarət; 29.Tədrisin kredit sistemi prinsipləri əsasında təminatına uyğun olaraq kredit kabineti ilə birgə işləmək; 30.Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrin və onlardan diplom alanların siyahısını tərtib etmək;
Şöbədə 6 əməkdaş fəaliyyət göstərir:
Ədilxan Zülfiqarov – şöbə müdiri Babək Abdullayev – inspektor Zərifə Həmidova – istehsalat təcrübə rəhbəri Aybəniz Zülfüqarova –statistik Şəlalə Seyidova –metodist Nuriyə Zamanova –dispetçer
Kadrlar və ümumi şöbə
Filialda Kadrlar və ümumi şöbə 12 iyul 2012-ci il tarixindən fəaliyyət göstərir. Kadrlar və ümumi şöbə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanına, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2003- cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli Fərmanına, Azərbaycan Respublikasının Əmək məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a əsasən işlərini təşkil edir.
Kadrlar və ümumi şöbə öz işini şöbənin iş planına əsasən yerinə yetirir:
1.Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarını öyrənir və əməl edir; 2. Professor-müəllim, tədris-köməkçi, inzibati təsərrüfat heyətindən olan işçilərin işə qəbulu və işdən azad olunma hallarında tələb olunan sənədlərin verilməsi təmin edir; 3. İşçilərin əmək məzuniyyəti qrafikinin icrasına nəzarət edir; 4. İşə qəbul və işdən azad olunma hallarında ƏM-nin müvafiq maddələrinə əsasən müqavilələr, əmək kitabçaları və s. sənədləri hazırlayır; 5. Əmək kitabçalarının qəbulu, tərtibatı, saxlanması və verilməsinin qeydiyatının mövcud qaydalara müvafiq aparılmasını yerinə yetirir; 6. Şəxsi işlərin tələb olunan səviyyədə düzgün və səliqəli saxlanılmasını təmin edir; 7. Bütün kateqoriyalardan olan işçi və əməkdaşların fəaliyyətində olan dəyişiklikləri araşdırmaq üçün hər beş ildən bir kadrların şəxsi uçot vərəqəsinin yeniləşdirilməsini təmin edir; 8. İşçi kontingentinin fəaliyyətində hər bir işçi üçün verilən əmr, sərəncam qərar və s. göstəriş sənədlərinin surətinin şəxsi işlərdə cəmlənməsini yerinə yetirir; 9. İşçi və tələbə kontingentinin hərbi mükəlləfiyyətli şəxslərinin siyahısının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şöbəsinə göndərir; 10. Filialda başqa müəssisələrdən olan müəllimlərin əvəzçilik və ya saathesabı işləyənlərin qeydiyyatının aparır; 11. Kadr və xüsusi işlərin aparılmasında məxfi saxlanması tələb olunan dövlət sənədlərinin qorunmasına ciddi əməl edir; 12. Şöbədə kargüzarlıq işinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin edir; 13. Daxil olan sənədləri qəbul edir, qeydə alır, adiyyatı üzrə bölüşdürərək və çoxaldaraq icraçılara çatdırır; 14. Tələb olunan sənədləri qeydiyyata alır və vaxtında göndərilməsini təmin edir; 15.Daxil olan sənədləri göstərilən icra müddətinə nəzarət edir və icra edilmiş sənədləri struktur bölmələrindən tələb edir; 16. Sənədlərin saxlanılmasını və istifadə edilməsini təmin edir;
Kadrlar və ümumi şöbənin 4 nəfər əməkdaşı vardır:
Pur-Rza Sevda Girvalı qızı – Müdir Qasımov Novruz Adil oğlu – İnspektor Hüseynov Şahin Şahnəsib oğlu – Arxiv müdiri: Ömərova Soltan Rauf qızı – Operator
Təsərrüfat şöbəsi
Müdir – Şıxaliyev Ağaisa Şalbuz oğlu Filialının təsərrüfat şöbəsi filial yaranan gündən fəaliyyət göstərir.
Şöbənin 17 nəfər texniki işçisi vardır.
Təsərrüfat müdiri Komendant Sürücü Gözətçi Bağban Xadimə Dalandar Filialın təsərrüfat şöbəsi öz işini günün tələbləri səviyyəsində yerinə yetirir.