Siyası partiyaların vəhdəti milli birliyimizin təntənəsidir.
Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer almışdır. Dünya şöhrətli siyasi xadim, müdrk rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında işini quran hakim partiya müstəqil Azərbaycanın inkişafına, yüksəlişinə, təqəqqisinə öz töhfəsini vermişdir. Zamanın sınaqlarından uğurla çıxan partiya ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak etmişdir. Bu illər ərzində Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə Ulu öndər Heydər Əliyevin zəngin siyasi və ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın olmadığını təsdiq etmişdir.
Məlumdur ki, Azərbaycan Xalq Demokratik Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına qoşulmaq üçün müraciət etmişdi.
5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayında həmin siyası partiyaların müraciətinə baxılaraq, YAP-a qoşulmasına dair müsbət qərar qəbul edildi. Bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edir. Siyasi rəqabətin əsas əlaməti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır.
Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi Yap-ın sözün əsl mənasında, xalq partiyası olduğunu sübut etdi. Yeni Azərbaycan Partiyası ümümxalq partiya olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilib. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir.
Ölkənin ən müxtəlif spektrini əhatə edən 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Bu, həmçinin milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların nəticəsi, ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedentdir.
Siyasi partiyalar tərəfindən belə bir qərarın qəbul olunmasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən aparılan siyasi islahatların, ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiyasının və təbii ki, yaradılmış siyasi dialoq mühitünün böyük təsiri olub. Bu gün Azərbaycanda milli maraqların üstünluk təşkil etdiyi bir dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşır, ümumdövlət məsələlərində vahid mövqe yaranır.
İdeoloji prioritetlərin vəhdətliyi bu 6 siyasi partiyanın iqtidar partiyasına qoşulmasının səbəbidir. Yəni, Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutur. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb oldu.
Dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə ölkədə milli birliyin, həmrəyliyin əbədi olduğunu nümayiş etdirdi. Ölkə Başçısının cəmiyyətdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən “Biz birlikdə güclüyük!” çağırışı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapdı. Əks-hücum əməliyyatları başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın dövlətin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi, vahid hədəf uğrunda birlikdə mübarizə aparmaları milli birliyin, həmrəyliyin sarsılmazlığını sübut etdi.
Məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunur, eləcə də siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir. Ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması isə siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edir.
Nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başadüşüləndir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamın göstəricisidir.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev partiyanın VII qurultayında yekun nitqində bildirdi ki, dost partiyaların YAP-a qoşulması ölkənin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Gələn il partiyanın 30 illik yubileyini qeyd edəcəyik. Partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.
Cənab Prezident onu da vurğuladı ki, ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə, həmçinin siyasi islahatlar sahəsində də tətbiq etməli olduğunu vurğuladı. Bu da siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, partiyanın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyanı daha da gücləndirəcək. Bu partiyaların üzvlərini biz qəbul edirik, onlara bizim ailəyə “Xoş gəlmisiniz!” deyirik və birgə fəaliyyətlə bağlı əlavə addımlar da atılacaqdır. Prezident İlham Əliyev idarə heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanması və təqdim edilməsi tapşırığını da verdi.
Zamanın tələblərindən irəli gələrək siyasi partiyaların Yeni Azərbaycan Partiyasının ətrafında birləşmək istəməsini xahiş etməklə ölkəmizdəki digər siyasi partiyalara, həmçinin beynəlxalq aləmə bir mesaj vermiş oldu: Azərbaycan siyasi elitası tale yüklü məsələlərdə eyni hədəfə yönəlməyi bacarır, fərqli siyası baxışlar vətən və dövlət naminə bir platformada birləşməyi bacarır. Siyasi partiyaların güclü Azərbaycan dövləti naminə birləşməsi, Ali Baş Komandanın qeyd etdiyi kimi bir daha təsdiq etdi ki, xalqımız dəmir yumruq kimi birləşəndə qüdrətli və sarsılmaz olur.
ADPU-nun Şamaxı Filialı
Kitabxana müdiri, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Razımi Vəsilə