Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində böyük bəstəkarımız Üzeyir Hacıbəyovun doğum günü və “Milli Musiqi Günü ” münasibətilə tədbir keçirilib. Tədbirdə ADPU-nun Şamaxı filialının kollektivi və tələbələri iştirak edirdi.

Əvvəlcə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının müavini Mehriban  Eyubova,Dağlıq Şirvan Regional İdarəsinin Şamaxı rayon üzrə baş məsləhətçisi Rəfael Tağızadə və Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin direktoru Yeganə Əsgərova Ü.Hacıbəyovın həyat və yaradıcılığı haqqında geniş çıxış etdilər. Daha sonra Mərkəzin şagirdlərinin ifasında bəstəkarın əsərləri səsləndirildi.Tədbirin sonunda böyük bəstəkarın “Arşın mal alan” operettası izlənildi.

 

Paylaşın: