4 oktyabr 2023-cü il tarixində Şamaxıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçiriləcək Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini –İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova,  şəhid anaları, rayonunun ictimai həyatında fəal və müxtəlif sahələrdə çalışan qadınlar iştirak etmişdir. Müzakirə formatında keçirilən tədbirdə iştirakçılar ailə problemləri, erkən nikah və onun fəsadları, təhsildən yayınma, məişət zorakılığına qarşı mübarizə kimi sahələrdə görülən işlər barədə söz açdılar və mövcud problemlərin həlli istiqamətində müxtəlif təkliflər irəli sürdülər. Tədbirin sonunda Azərbaycan Qadınlarının VI Qurultayında rayon qadınlarını təmsil edəcək nümayəndə seçildi.

Paylaşın: