Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən İdman Klubunun təşkilatçılığı ilə “ƏLLİ1000” proqramı çərçivəsində “28 May – Respublika Günü” nə həsr olunmuş voleybol yarışı keçirildi.
Komandalarımız “Zirvə”, “Sirius”, “Fizika”, “Əsgərlər”, “Rİ-104”, “Misli”, “Şahinlər”, “Fırtına” voleybol yarışında iştirak etdilər. “Sirius” və “Zirvə” komandaları finala vəsiqə qazanaraq, qalibiyyət uğrunda mübarizə apardılar. Gərgin mübarizənin nəticəsi olaraq, “Sirius” komandası qalib oldu.
Qalib komandamızı təbrik edir, uğurlar arzulayırıq!