RİYAZİYYAT VƏ KOMPÜTER ELMLƏRİ KAFEDRASI

 

Mustafayeva Firidə Firudin qızı

pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim, kafedra müdiri

Dadaşov Çingiz Zəbulla oğlu

baş müəllim

Eyyubov Əlişah Əzizxan oğlu

baş müəllim

Şahbazova Qahirə Lələ qızı

baş müəllim

Rəhimova Mətanət Cümşüd qızı

baş müəllim

Nərimanov Rasim Əlisa oğlu

müəllim

Balakişiyev Kamal Babakişi oğlu

müəllim

Heydərova Dürdanə İntiqam qızı

müəllim

zülfüqarova əfruzə elxan qızı

laborant

KAFEDRANIN TARİXİ:

          Kafedra ilk olaraq Pedaqogika-psixologiya kafedrası adı ilə 1993-cü ildən fəaliyyətə başlamışdır, kafedraya dosent Mustafayev Əlsahib Əliyar oğlu rəhbərlik etmişdir. 2003-ci ildən başlayaraq  kafedranın İxtisas fənləri kafedrası olaraq dəyişdirilmişdir. Kafedraya 2008-ci ilə qədər psixologiya elmlər namizədi Məmmədrza Dəmirov rəhbərlik etmişdir. 2012/2013-cu tədris ilindən kafedranın adı dəyişilərək Təbiət və pedaqoji elmlər kafedrası adlandırılmışdır. Kafedraya pedaqogika üzrə fəlsəfə doktoru Firidə Firudin qızı Mustafayeva rəhbərlik edir.

       ADPU-nun Şamaxı filialının 23.11.2018-ci il tarixində təsdiq edilmiş yeni strukturuna müvafiq olaraq 2019-cu ilin yanvar ayının 3-dən Təbiət və pedaqoji elmlər kafedrası Pedaqoji və təbiət fənləri kafedrası adlandırılmışdır.

         2020/2021-ci  tədris  ilindən Azərbaycan Dövlət Pedaqoji  Universitetinin 23.01.2020-ci il tarixli 3/10 nömrəli əmrinə əsasən kafedra Riyaziyyat və kompüter elmləri kafedrası kimi fəaliyyətini davam etdirmişdir. Hazırda kafedraya pedaqogika üzrə fəlsəfə doktoru Firidə Firudin  qızı Mustafayeva rəhbərlik edir.

KAFEDRA HAQQINDA ÜMUMİ MƏLUMAT:

         “Riyaziyyat və kompüter elmləri” kafedrası ali təhsil üzrə bakalavriat pilləsində “Riyaziyyat və informatika müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər  təlim və tərbiyə” istiqaməti üzrə əsas aparıcı kafedradır.

 Kafedranın tədris etdiyi fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən Azərbaycan dilində tədris olunur.

        Tədris olunan fənlər üzrə tədrisin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək, o cümlədən, tələbələrimizin  müxtəlif  sahələr üzrə nəzəri biliklərlə yanaşı, həm də təcrübi vərdişlərini artırmaq məqsədi ilə mütəmadi olaraq respublikanın tanınmış  mütəxəssislərinin iştirakı ilə elmi seminarlar keçirilərək, onlara təhsil müddətində öyrənmiş olduqları biliklərin real həyatda istifadəsi öyrədilir.                                              

MİSSİYAMIZ:

       ADPU-nun Şamaxı filialının “Riyaziyyat və kompüter elmləri” kafedrası olaraq missiyamız tələbələrimizə pedaqoji sahədə ən yaxşı təhsil və ən müasir bilikləri vermək, məzunlarımızın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə olan karyera imkanlarından faydalanmaları üçün lazımi bilik və qabiliyyətlər əldə etmələrini təmin etmək və rəqabətə davamlı təhsil bazası yaratmaqdır.

         Tədrisin keyfiyyətinin artırılması məqsədilə ölkənin digər nüfuzlu ali təhsil müəssisələrindən kafedraya yüksək elmi potensiala malik aşağıda adları göstərilmiş müəllim heyəti dəvət edilmişdir:

  1. Bayramov Azad Məmməd oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
  2. Rzayev Musa Tapdıq oğlu – pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim

       Kafedranın 1 nəfər əməkdaşı riyaziyyat və informatika üzrə, 1 nəfər əməkdaşı isə informatika üzrə  fəlsəfə  doktoru proqramına uyğun olaraq dissertasiya işlərini tamamlamış  və müdafiəyə buraxılmışlar.  

        Kafedra əməkdaşları respublika və beynəlxalq konfranslarda fəal  şəkildə iştirak edirlər. Son 5 ildə kafedra üzrə 100-dən çox məqalə və tezis, 3 monoqrafiya və 10-dan çox proqram çap olunmuşdur.

İXTİSASLAR ÜZRƏ TƏDRİS OLUNAN FƏNLƏR

İBTİDAİ SİNİF MÜƏLLİMLİYİ   İXTİSASI  ÜZRƏ:

  1. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları
  2. Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası
  3. Riyaziyyat təlimində inkişafetdirici çalışmalardan istifadə yolları (I-IV siniflər) (seçmə fənn)
  4. Əsas həndəsi anlayışlar və təkliflər
  5. İbtidai siniflərdə riyaziyyat və onun tədrisi metodikası
  6. İnformatika və onun tədrisi metodikası

AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYAT MÜƏLLİMLİYİ İXTİSASI  ÜZRƏ:  

  1. İnformatika və təhsildə İKT

TARİX VƏ COĞRAFİYA MÜƏLLİMLİYİ İXTİSASI  ÜZRƏ:  

  1. İnformatika və təhsildə İKT
  2. Riyaziyyat

RİYAZİYYAT VƏ İNFORMATİKA MÜƏLLİMLİYİ İXTİSASI  ÜZRƏ:

  1. Cəbr
  2. Həndəsə
  3. Fəzada qurmaların tətbiqləri (secmə fənn)
  4. Riyazi analiz
  5. Adi diferensial tənliklər
  6. Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi
  7. Çoxölçülü həndəsənin elementləri
  8. Riyazi fizika tənlikləri
  9. Funksional analiz (seçmə fənn)
  10. İnteqral tənliklər
  11. Ehtimal nəzəriyyəsi və statistika elementləri
  12. Variasiya hesabı və optimallaşdıtma üsulları
  13. Hesablama riyaziyyatı
  14. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi
  15. Diferensial həndəsə və topologiya
  16. Riyaziyyatın tədrisi metodikası
  17. Elementar riyaziyyat
  18. Ümumi fizika
  19. Riyazi məntiq
  20. Əməliyyat sistemi və kompüter arxitekturası
  21. Informatikanin tədrisi metodikası
  22. Kompüter şəbəkəsi, internet və multimediya vasitələri  (seçmə fənn)
  23. Proqramlaşdırma dilləri
  24. Kompüter modelləşməsi
  25. İnformatika və təhsildə İKT
  26. Təhsildə İKT
  27. Alqoritimlər nəzəriyyəsi
  28. İnformatika
  29. Süni intelekt üsulları və ekspert sistemləri (seçmə fənn)
  30. Verilənlər bazası
  31. Tətbiqi proqramlar

MƏKTƏBƏQƏDƏR TƏLİM VƏ TƏRBİYƏ İXTİSASI  ÜZRƏ:

  1. Sadə riyazi təsəvvürlərin formalaşması metodikası
  2. Sadə riyazi təsəvvürlərin formalaşması kursunun nəzəri əsasları
  3. İnformatika və təhsildə İKT