Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 27 mart “Elm günü”nə həsr olunmuş elmi seminar keçirilib. Seminarda Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Dadaşov Çingiz “Riyaziyyat təlimində ümumiləşdirmənin tətbiqi” mövzusunu təqdim etdi. Tədbirdə filialın rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdi.
İlk olaraq filialın direktoru, dosent Tünzalə Yusifova elm günü ilə bağlı məlumat verib.
O qeyd edib ki, qədim tarixi ənənələri olan Azərbaycan elmi bu gün milli dövlətçilik maraqları əsasında inkişaf etdirilir. Azərbaycan elminin bugünkü inkişaf səviyyəsinə yüksəlməsində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olub.Heydər Əliyevin bütün istiqamətlərdə müəyyən etdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən sürətli inkişaf prosesləri elmimizin inkişafına və yüksəlişinə də geniş imkanlar verib.
Daha sonra tədqiqatçı mövzu haqqında videoslayd vasitəsilə ətraflı məlumat vermiş, tədqiqat işinin məqsədi və əsas tədqiqat obyekti barədə iştirakçıları məlumatlandırmışdır. Ardınca tədqiqat işinin nəticəsini qeyd etmiş, həmçinin mövzu haqqında öz təkliflərini də irəli sürmüşdür.
Son olaraq mövzu ilə bağlı suallar cavablandırılıb.

Paylaşın: