Regionların inkişafına dövlət qayğısı gücləndirilir

Doğma yurdumuz Azərbaycan gündən–günə daha da gözəlləşir, inkişaf edir. Regionlara olan diqqət və qayğı da daha da gücləndirilir.

Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərlər etməsi, əhalinin problemləri ilə maraqlanması regionların sürətli inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində bölgələrin sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur. Dövlət Proqramında regionlarımızın mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənayenin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır.

Hazırda regionlarda həyata keçirilən kompleks tədbirlər çərçivəsində infrastruktur layihələri uğurla icra edilir, əhalinin qaza, içməli suya olan tələbatı ödənilir. Kənd yollarının asfaltlaşdırılması, magistral yolların çəkilməsi əhalinin gediş-gəlişini daha da yaxşılaşdırır. Kənd təsərrüfatının inkişafı üçün fermerlərə kreditlər, subsidiyalar verilir. Bütün bunlar və bölgələrdə mövcud olan bəzi problemlərin həll edilməsi əhalinin güzəranını daha da yüksəldir.

Uğurların əldə olunmasında görülən işlərin sistemliliyini təmin edən dövlət proqramlarının əhəmiyyətli rolu danılmazdır. Yeri gəlmişkən, burada bir məqamı qeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyev regional proqramın icrasını da daim diqqət mərkəzində saxlayır, mütəmadi şəkildə yerlərdə olur, görülən işlərlə ciddi şəkildə maraqlanır, qarşıya çıxan problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verir. Son illər ərzində Azərbaycan Prezidentinin bölgələrə yüzlərlə səfəri olmuşdur. Səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir.

İstifadəyə verilən obyektlər regionların hərtərəfli inkişafına xidmət edir. Sağlam həyat tərzinə və idmanın inkişafına Azərbaycanda xüsusi diqqət yetirilir.

Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına evsahibliyi edir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Bədən tərbiyəsi və idmanın inkişafı ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçirilir. Bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə vətənin adını ucaldır, bayrağımızı yüksəklərə qaldırırlar. Şübhə yoxdur ki, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız yeni-yeni möhtəşəm qələbələrə imza atacaqlar.

Rayonlarımızın əksəriyyətində ən müasir idman qurğuları var.

Goranboy rayonunda istifadəyə verilən kompleksi nəzərə almaqla Azərbaycanda 48 idman kompleksi fəaliyyət göstərir.

Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi mövcuddur. Turizmin inkişafı üçün ölkəmizdə hər cür şərait vaardır. Çoxlu sanatoriyalar, turizm bazaları fəaliyyət göstərir. Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Ta qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnmişdir. Müalicəvi xassələrə malik olan Naftalan nefti sümük – oynaq, dəri, qadın xəstəliklərindən və uroloji xəstəliklər, əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin,oynaqların və dayaq hərəkət aparatına aid olan oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitə kimi bütün dünyada məşhurdur. Elə buna görə respublikamızın şəhər və rayonlarından hər il çoxlu sayda xəstə bura pənah gətirir. Bir sözlə, Naftalan nefti ilə 70-dən artıq xəstəliyin muvəffəqiyyətli mualicəsi mumkundur. bu sanatoriya üz tutanların sayı ildən ilə çoxalmaqdadır. Naftalan şəhəri getdikcə turizm mərkəzlərindən birinə çevrilir. Naftalanda yeni sanatoriyanın açılması şəhərin turizm potensialını artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunub və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Burada bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları yaradılır. Azərbaycan vətəndaşları ilə yanaşı, xarici qonaqlar da bundan istifadə edirlər. Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turist gəlirdi. Təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir. Bu zona vahid bir turizm məkanı olacaq. Naftalana gələn qonaqların ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər. Bu mənada işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi də çox mənzərəli bir yerdir.

Eyni zamanda regionların sosial-iqtisadi inkişafına nail olunması yollarından biri də ölkədə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsidir. Bu səbəbdən dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin inkişafı, həmçinin ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması əsas hədəflərdən biri hesab edilərək, kənd təsərrüfatı sahəsi üzrə istehsal imkanlarının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artımına nail olunması üçün çox ciddi islahatlar aparılır, şəffaflıqla, güzəştli kreditlərlə, subsidiyalarla bağlı yeni mexanizmlər hazırlanaraq tətbiq edilir.

Kənd təsərrüfatının inkişafı üçün böyük işlər görülür. Şəmkir su kanalı çəkilibdir, uzunluğu təqribən 30 kilometrə yaxındır. Bu kanal artıq 30 min hektardan çox torpağa suyun verilməsini yaxşılaşdırır və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi vardır.

Hal hazırda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilir. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılır, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.

Azərbaycanda son illərdə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olmuşdur. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlmişdir. Ümumi Daxili Məhsulun həcmi artmış, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır.

Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaratmışdır. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır.

Növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və “biznesə dost” digər strateji vəzifələrin icrası təmin olunmalıdır.

Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur.

İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin edilir.

Altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, ölkə iqtisadiyyatı 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və bundan sonra da hökumətimizin düzgün siyasəti nəticəsində daha da artacaqdır.

Ölkədə aparılan islahatlar sosial-iqtisadi inkişaf üçün möhkəm hüquqi əsaslar yaradıb. Bu gün Azərbaycan dünyada yüksək investisiya cəlbediciliyinə malik ölkə kimi tanınır. Hazırda Azərbaycan iqtisadiyyatının maliyyə təminatı yüksək səviyyədədir. Milli iqtisadiyyatımızın müxtəlif istiqamətlərinə həm daxili, həm də xarici mənbələrdən böyük həcmlərdə investisiyalar yönəldilir. Bütün bunlar iqtisadi gücümüzü, dünyadakı reytinqimizi artıran amillərdir.

Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respub¬li-ka¬mız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Artıq keçid döv¬rünü geridə qoyan respublikamızın iqtisadi in¬kişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qə¬dəm qoymuşdur ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektivə öl¬kədə dinamik sosial-iqtisadi inkişafın davam¬lı¬lığını təmin etməkdir.

Bu gün ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını tədricən azaltmaq, qeyri-neft sektorunun inkişafına nail olmaq və iqtisadiyyatı şaxələndirmək dövlətimizin qarşıya qoyduğu başlıca məqsədlərdən biridir.Bu məqsədlə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə neft-qaz sektorundan əldə edilmiş gəlirlərdən səmərəli istifadə edərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, dayanıqlı və möhkəm iqtisadiyyata nail omaq üçün ciddi əməli tədbirlər görülür, əsaslı və köklü islahatlar həyata keçirilir.

Qeyri-neft sektoru davamlı inkişaf edir. Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Fermerlər də bunu görür və daha əzmlə çalışırlar. Bu sahəyə də daim dövlət dəstəyi olmuş və bunndan sonra da .olacaqdır. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı sahəsi də istənilən kimi nkişaf edə bilməz.

Azərbaycan öz təbii sərvətləri, fayadalı qazıntıları ilə zəngindir. Bu ərazilərdən biri də Daşkəsəndir. Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi önəmli hadisədir. Qeyri-neft sektorunun inkişafı üçün dağ-mədən sənayesi xüsusi perspektivlərə malikdir. Dağ-mədən sənayesi qeyri-neft sektorunda aparıcı sahəyə çevrilir. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq.

Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar dövlət rəhbərliyi tərəfindən hazırlanmışdır. Bir müddət əvvəl bu sahə ilə bağlı xüsusi proqram tərtib edilmişdir, Bu sahəyə də dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə hesab olunur. Bu isdə eyni zamanda, minlərlə iş yeri yaradılmasına zəmindir. Bu sahənin inkişafı nəticəsində idxaldan asılılıq da kəskin şəkildə azalmalıdır. Azərbaycan daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmışdır və eyni zamanda, ixrac imkanları da yaranmaqdadır.

Uzun illər xarici şirkətlər qanunsuz olaraq Azərbaycanın qızıl və digər mədənlərini istismar etmişlər. Təbii ki bu, cinayətdir və bu şirkətlərin iki yolu vardır: Belə ki, onlar ya dövlətə təzminat ödəyəməlidirlər, bizim şərtlərimizi qəbul etməlidirlər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Azərbaycanın həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarının bütün təhlili aparılmışdır. Beynəlxalq məsləhətçilər dəvət olunmuşdur. Azərbaycan dövlətinə vurulmuş ziyan ödənilməlidir.Çünki. Azərbaycanın mədənləri qanunsuz istismar edilmişdir.

Hazırda valyuta ehtiyatlarının artımı çox vacib məsələdir. Ölkəmizin valyuta ehtiyatı artmışdır. İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Valyuta ehtiyatlarımızın artımı əldə olunan uğurlarımızdadır. Belə ki, altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artmışdır. Amma bu artım daha da bundan sonra da böyük olacaqdır. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərmişdir. Əgər bu dəyişiklik olmasaydı və əgər qızılın qiyməti düşməsəydi, – çünki bizim kifayət qədər böyük ehtiyatımız qızıldadır, – bu artım 1,7 milyard dollar olacaqdı. Yəni, biz – ölkəmiz real bu qədər əlavə pul qazanmışıq və məzənnə fərqi, deməli, qızılın qiyməti müvəqqəti olaraq buna təsir göstərir.

Təbii ki, Azərbaycan dövləti lazım olan zəruri olan sahələrə investisiya etməyi planlaşdırır. Lazım olmayan layihələrə isə investisiya edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə investisiya etməyəcəkdir. Biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, ölkəmiz vəsaitdən çox ehtiyatla istifadə edir, israfçılığa, lazım olmayan xərclərə yol vermir.

Ölkəmizdə bütün xərclərə nəzarət mövcuddur. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır. Bütün dövlət məmurları hər manata qənaət etməlidirlər.

Maliyyə Nazirliyindən bildirilib ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Ehtiyac olarsa, Azərbaycan xarici dövlət borcunu sıfırlaya bilər. Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Bu, onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödənilir.. B da , onu göstərir ki, dövlətimiz heç kimin yardımına qalmamışdır və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındadır.

Artıq ölkəmizdə ixrac 15 faiz artmışdır. Bu çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artmışdır. Bu, bizim dövlətimizin planlamasının real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına ölkəmiz valyuta qazanmamalı, qeyri-neft sektoru hesabına valyuta qazanmalı, onu ölkəyə gətirməlidir.

Ölkəmizdə təkcə daxili inkişaf, artım deyil, həm də xarici ticarət sahəsində də artım olmuşdur. Belə ki, ilk 6 ayda xarici ticarətin müsbət saldosu 3,4 milyard dollardır. Belə davam edərsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaqdır. Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir. Ona görə bu valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər. İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcəkdi.

Azərbaycanda iqtisadi artım, istərsə də ixrac çox oldugu halda Ermənistan indi xarici borc içində boğulur. Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsindən və hökumət üzvlərinin böyük əksəriyyətinin yeni şəxslərlə əvəz edilməsindən müəyyən vaxt ötməsinə baxmayaraq, bu ölkədə sosial-iqtisadi, vəziyyətin yaxşılaşacağına yenə də heç bir ümid yoxdur. Əksinə, dövlət idarəçiliyində naşı olan bu şəxslərin vəziyyəti daha da pisləşdirdiyini deyirlər, ölkəni iqtisadi xaosa sürükləyəcəklərinin qaçılmaz olduğunu bildirirlər. Qeyd olunur ki, Ermənistan hakimiyyətinin yeni nazirləri küçədən gəlib və onların heç birinin dövlət idarəçiliyi və siyasi təcrübəsi yoxdur.

Elə bunların nəticəsidir ki, işğalçı ölkədə iqtisadi durum getdikcə daha da ağırlaşır. Bunu keçirilən sosioloji sorğular da təsdiqləyir. Belə ki, bu günlərdə rəyi soruşulan insanların 37,3 faizi ölkə iqtisadiyyatının pis vəziyyətdə olduğunu düşünür. Respondentlərin 34,6 faizinin fikrincə, Ermənistan iqtisadiyyatı çox pis vəziyyətdədir.

Ermənistanın xarici borcu ümumi daxili məhsulun təqribən 70 faizinə qalxımışdır. Onların xarici borcu təqribən bizim borcumuz səviyyəsindədir, təqribən 8-9 milyard dollar təşkil edir. Amma əgər bizim 52 milyard dollar valyuta ehtiyatımız varsa, Ermənistanın valyuta ehtiyatları 1 milyarddır. O da, Mərkəzi Bankın vəsaitidir. Onlar ondan istifadə edə bilməzlər. O, müəyyən dərəcədə daxili məzənnənin sabitləşdirilməsi üçün nəzərdə tutulub. Yəni, sərbəst vəsait yoxdur. Fərq bundadır;

Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Vergi orqanları 810 milyon manat daha çox, gömrük orqanları 206 milyon manat. Bunlar dürüstlüyün, şəffaflığın hesabına, uçotun hesabına, aparılan islahatların hesabına mümkün olub. Biznes qurumlarına vaxt verilmiş, onlara tövsiyələr edilmişdir ki, bundan sonra belə işləməlisiniz, kölgə iqtisadiyyatı olmamalıdır, hər kəs vergisini verməlidir. Qanunsuz ödəmələr olmamalıdır. Heç bir dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir. Bu yanaşma biznes qurumları, dairələri tərəfindən çox müsbət qarşılandı. Onlar üçün də vaxt lazım idi yeni münasibətlər qaydalarına öyrəşsinlər, düz işləsinlər, dürüst olsunlar və artıq biz bunu görürük. Biz bir milyard manatdan çox əlavə gəlir əldə etmişik və bunun hesabına sosial ödəmələr edirik, şəhid ailələrini evlərlə təmin edirik, maaşları, pensiyaları qaldırırıq, infrastruktur layihələrini icra edirik. Əgər belə getsə, əlbəttə ki, ilin sonuna qədər rəqəmlər daha böyük olacaqdır.

İşgaldan azad edilmiş ərazilərin dirçəldilməsi ən ümdə vacib məsələklərdən biridir. Azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaqdır. Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq və yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulmalıdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası da bərpa olunacaqdır. Bundan sonra yaşıl enerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır.

Enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur. Yollarla bağlı 8 ay ərzində böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər – qış da oktyabr ayında gələcək, – oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Avropaya inteqrasiya yolunu seçmiş, bunun məntiqi nəticəsi və davamı olaraq 2001-ci il yanvarın 25-də ölkəmiz dünyanın ən nüfuzlu regional beynəlxalq təşkilatlarından olan Avropa Şurasına qəbul edilmiş və bu günədək həmin qurumun 40-dan artıq sənədinə qoşulmuşdur Avropa Birliyi və ya Avropa İttifaqı— 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Azərbaycanın Avropa İttifaqı ilə əçməkdaşlıdgına dövlətimiz tərəfindən dəböyük önəm verilıir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri siyasi əlaqələrin inkişafına xidmət göstərən bir səfərdir. Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa İttifaqının rəhbərləri Azərbaycana çoxsaylı səfərlər etmişlər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki ildən sonra cənab Şarl Mişel – yeni sədr regional səfər çərçivəsində Azərbaycana səfər edir. Bu onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Əgər ilkin mərhələdə daha çox enerji məsələləri gündəlikdə idisə, bu gün biz bunları həll etmişik. Cənub Qaz Dəhlizini həll etmişik, Azərbaycanın təşəbbüsü ilə inşa etmişik. Avropa İttifaqı da burada öz müsbət rolunu oynamışdır. Çünki Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir;

Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilmiş və imzalanmışdır. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Bu ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir. Ticarət sahəsində bizim əsas tərəfdaşımız Avropa İttifaqıdır – ticarətimizin təxminən 40 faizi. İxracla bağlı da əsas tərəfdaşımız Avropa İttifaqıdır. Biz Avropa İttifaqına ildə 6,8 milyard dollarlıq ixrac edirik. İdxal isə təxminən 2,5 milyard dollardır. Onlarla da bizim müsbət saldomuz var.

Digər sahələrdə oldugu kimi, Avropa İttifaqı ölkəmizlə nəqliyyat sahəsində də əməkdaşlıgın genişləndirilməsində maraqlıdır. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyəti olmuşdur. Azərbaycan və Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlər imzalanmışdır. Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı təsdiq edilib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

Avropa İttifaqının 24 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17-i ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb, 16 üzv dövlətlə Hökumətlərarası Komissiya və İşçi Qrupu fəaliyyət göstərir. 2012-ci ildən indiyədək Avropa İttifaqı ilə xeyli tədbir, biznes forum keçirilmişdir.

Artıq Azərbaycan Avropa İttifaqı ilə enerji sektoru ilə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir və bu sahədə təqdimatların keçirilməsi Azərbaycanın tranzit potensialının təşviqi, əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Son vaxtlar Avropa İttifaqı nəqliyyat sektoruna çox böyük önəm göstərir. Avropa İttifaqı Azərbaycanı artıq nəinki önəmli nəqliyyat, logistika mərkəzi kimi tanıyır və bizim potensialımıza da arxalana bilir. Ancaq Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu çəkilişinin təşəbbüsünü irəli sürəndə Avropa bizi dəstəkləmədi. Amerika nəinki dəstəkləmədi, bunun əleyhinə çıxdı. Ancaq bu gün nəqliyyat sahəsində Avropa İttifaqı-Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır.

Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli Ordusu ilə Qarabağı azad etdi. İlham Əliyev qəhrəman liderdir! Çünki, o, Azərbaycan dövlətinin və xalqının gücünü bütün dünyaya göstərdi. Bizim Prezidentimiz xoşbəxt insandır. Çünki, o, ata vəsiyyətini yerinə yetidi. Bizim Prezidentimiz, Azərbaycan Prezidenti qalib bir prezidentdir. Çünki, onun ordusu cəmi 44 günlük hərbi əməliyyatlarla işğalçı Ermənistanı diz çökdürdü. Prezidentimiz düşmənə bütün müstəvilərdə unudulmaz dərs verdi, təslimçi sülhə məcbur etdi. Azərbaycan Prezidenti tarixi ədaləti bərpa etdi, xalqına əvəzsiz qələbə sevinci yaşatdı. Azərbaycan tamlaşıb bütövləşdi. Bu, möhtəşəm qələbədir, unikal, görünməmiş qələbə!

Azərbaycan Vətən müharibəsinin qalibidir. Azərbaycan Ordusu işğalçı və terrorçu ordunu darmadağın etdi. Bu, Ermənistanın kapitulyasiyasıdır. Əslində, iki ayda bütün dünya Azərbaycanın qüdrətini, Pezident İlham Əliyevin qətiyyətini, Azərbaycan xalqının sarsılmaz birliyini bir daha gördü. Biz ərazi bütövlüyümüzlə bərabər uzun illərdən bəri qırılan qürurumuzu, sarsılan mənəviyyatımızı da bərpa etdik. Ermənistanın isə məyusluğu davam edəcəkdir. Onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Bu ifadə ilə razılaşmaq olmaz. Azərbaycan dövləti hesab edir ki, bu, bizim ərazilərdir. Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Tarixən də bu torpaqlar əzəli Azərbaycan torpaqlarıdır. Bu belə də olmalıdır. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ümumiyyətlə, Ermənistan bunu dərk etməli, həqiqətlə hesablaşmalıdır.

Azərbaycanın Zəfəri onların bütün ideoloji sütunlarını darmadağın etdi. Rəsmi İrəvan postmüharibə reallıqları ilə barışa bilmir. Burada psixoloji amil də öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Amma biz məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Azərbaycan xalqı göstərdi ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar.

Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. O vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşımış,barışmışdır. Amma bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra – 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini qanuni şəkildə ləğv etmişdir. Çünki onun buna səlahiyyəti çatırdı

Süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat. Bu idi ki, bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi – Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək məqsədi daşıyırdı. Hansı ki, Şaumyanın əli Azərbaycanlıların qanına çoxdan batmıçdı, o Azərbaycanlılara qarşı törədilən soyqrımlara rəhbərlik etmiş bir cəllad idi. Sovet hökumətinin Azərbaycan xalqına qarşı çox mənfi bir addımı idi. Xalqımız üçün təhqir idi. Lakin tarix hər şeyi yerinə qoydu.. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, Azərbaycanın müxtəlif texniki vasitələri, peyki vardır. Dövlətimiz oradakı maşınların sayını bilir. Oradakı insanların hərəkətini görür..Dövlətimiz dəqiq bilir kui, orada maksimum 25 min adam yaşayır. 25 min insan üçün status yaratmaq heç bir məntiqə sığmır.

Mina xəritələrinin Azərbaycana verilməməsi mənəviyyatsızlıqdır. Müharibədən cəmi 8 ay keçib, amma nə qədər böyük işlər görülür.Lakin Azərbaycan hökuməti daha çox işgörə bilərdi. Amma ilk növbədə, mina təmizləmə işləri ilə məşğul ounmalı idi və bu işlə məşgul olunur. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.

Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.

Azərbaycana qarşı ədalətsizlik yenə də mövcuddur. Biz bunu vəsait ayrılmasında da görürük. Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmaması növbəti beynəlxalq ədalətsizliyin təzahürüdür. Bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımında fərqlidir.. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilməmişdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. Dini abidəklərimiz dagıdılmış,təhqir edilmişdir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilimişdir. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilmişdir. Amma pulu verirlər Ermənistana, harada ki, nə dağıntı var, nə də mina döşənilib. Əlbəttə bu, ədalətsizlikdir..

Azərbaycan bütün məsələlərdə konseptual və ədalətli yanaşma sərgiləyir. Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və bunu edirik. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ müharibəsidir. Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik. Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə olaraq, necə deyərlər, bir status kimi formal yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər.

Pandemiya ilə mübarizədə Azərbaycanın beynəlxalq təşəbbüsləri də təqdirəlayiqdir. Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı Zirvə görüşü keçirildi. Biz 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərdik. Onların böyük hissəsi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Bizim təşəbbüsümüzlə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirildi. BMT çərçivəsində digər addımlar atıldı. Biz vaksin millətçiliyinə qarşı öz səsimizi ucaltmışıq. Zəngin ölkələr vaksinlərin 82 faizini özünə götürüb, əl qoyub, amma kasıb ölkələrin cəmi 0,3 faiz vaksinə əli çatır. Müstəmləkəçiliyin elə bil ki, növbəti təzahürüdür. Vaksin millətçiliyinə qarşı biz fəal mübarizə aparırıq. Üzv ölkələr də görürlər ki, biz doğrudan da, onları müdafiə etməyə çalışırıq, öz imkanlarımız daxilində kömək göstəririk, beynəlxalq tribunalarda onları müdafiə edirik. Bütün bu amillər və əlbəttə ki, bizim tarixi Zəfərimiz bizə olan hörməti daha da artırdı. Üzv ölkələr gördülər ki,Azərbaycan nəyi deyirsə, onu da edir.

Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var. Bu, çox önəmlidir. Hazırda yeddi yol xəritəsi üzərində işlər aparılır. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Nəqliyyat məsələləri ilə bağlı olan yanaşmalarda fikir ayrılığı yoxdur. Biz – Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur;

Azərbaycanın bütün tərəf müqabilləribilirlər ki, ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmşidir.;Xalqın dövlət rəhbərinə,Prezidentinə inamı böyükdür,məhz bu inam , əhval ruhiyyə müharibə dövrü də özünü bir daha göstərdi.Xalqımız öz Prezidentini İlham Əliyevi sevir və ona böyük inam bəsləyir,bilir ki dogru və ədalətli yoldadır,düzgün və ədalətli bir daxili və xarici siyasət yürüdür. Ona görə də hər işdə onu dəstəkləyir və bundan sonra da daha da onun ətrafında sıx birləşəcəkdir.

Dövlətin Bütün sahələrdə olduğu kimi postmüharibə dövrü ilə bağlı da konseptual yanaşması olmuşdur. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunmuşdur. Postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki, proseslərin necə inkişaf edəcəyini heç kəs bilmirdi. Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsi idi və xalqımız bunu da unutmamdır.. Postmüharibə dövrünün gündəliyini də böyük dərəcədə Azəerbaycan tərtib edirdi. Bu dövrdə ,yəni postmüharibə dövrü də dövlətimiz həm də çevik sosial dəstyək tədbirləri də həyata keçirirdi.

Azərbaycan postmüharibə dövrünə də çevik və genişmiqyaslı sosial dəstək paketi ilə daxil olmuşdu. Bu dəstək paketi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri, eyni zamanda qeyd olunan şəxslərin yaxınlarını əhatə etmişdir. Dəstək istiqamətləri isə genişdir, buraya sosial təminat hüquqlarının çevik reallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, maddi yardım, məşğulluq məsələlərinin operativ həllində, kiçik biznes imkanlarının yaradılmasında dəstəyin göstərilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. kimi dəstək işləri daxildir. Ümumilikdə postmüharibə üzrə bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə etmişdir..

Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova

Paylaşın: