ADPU-nun Şamaxı filialının Tədris işləri üzrə direktor müavini Şasəddin Mikayılov, Filialın Tədris şöbəsinin müdiri Fəxrəddin Məmmədov və Rİyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Rasim Nərmanov Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Rövşən Əliyevlə görüşdə iştirak edib.
Görüş zamanı regionun tələblərinə uyğun olaraq filialda yeni ixtisasların yaradılması və mövcud ixtisaslarda(İbtidai sinif müəllimliyi, Tarix və coğrafiya müəllimliyi Tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Fizika müəllimliyi, Təhsildə sosial psixoloji xidmət, Məktəbəqədər təhsil) tələbə sayının artırılması məsələləri geniş müzakirə olundu.