29 mart tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Regional İnkişaf İctimai Birliyi” (RİİB) filialın tələbələri ilə görüş keçirib.
Görüşdə ilk növbədə RİİB-in fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Ardınca RİİB-in Dağlıq Şirvan regional bölməsinin rəhbəri Nərgiz Qurbanova tələbələrə könüllülük proqramı haqqında ətraflı məlumat verərək onları proqramla tanış edib.
Onu da qeyd edib ki, filialın tələbələri könüllü olaraq RİİB-in bütün fəaliyyət istiqamətlərində uğurla iştirak edirlər.
Proqramın şərtləri ilə tanış olduqdan sonra könüllü olmaq istəyən tələbələrin qeydiyyat və fərdi müsahibə mərhələsi baş tutub.

 

Paylaşın: