“Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” layihəsi çərçivəsində tədbir

4-5 noyabr tarixlərində ADPU Şamaxı filialında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” adlı lahiyə çərçivəsində tədbir keçirildi.

Seminarın təşkilatçılarını və iştirakçıları salamlayan filialının direktoru, dosent Tünzalə Yusifova Şamaxı filialının elm və innovasiya mərkəzi kimi regionda mühüm rol oynamasından bəhs etdi. Qeyd olundu ki, filialın professor-müəllim heyəti, həmçinin Tələbə Elmi Cəmiyyətinin üzvləri olan tələbələr müasir aktual mövzulara müraciət edərək sanballı elmi əsərlər ərsəyə gətirir, respublika və beynəlxalq səviyyəli jurnallarda çap olunmasına nail olurlar. Seminarın işinə uğurlar arzulayan Tünzalə Yusifova bu kimi tədbirlərin davamlı olacağını da vurğuladı.
Seminarda təlimçi qismində AMEA-nın dosenti Ruslan Rəhimli yaradılan şəraitə görə filial rəhbərliyinə təşəkkür etdi. Filialın müəllim heyəti və elmi tədqiqata xüsusi maraq göstərən tələbələri üçün təşkil olunan seminarda elmi məqalə və onun işlənməsi, Open Science platformasından istifadə, Open Access jurnallarına çıxış imkanları barədə geniş təqdimat edildi.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və sertifikatlar təqdim olundu.

Paylaşın: