25 yanvarda ADPU-nun Şamaxı filialında şəhid məzunların anım günü və “Qorxmaz leytenant” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Rusif Babayev, kitabın müəllifi Təranə Məftun, şəhid ailələri, şairlər, filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
Tədbirdən öncə şəhid məzunların xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirildi.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi və xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir açıq elan olunub. Ardınca “Qorxmaz leytenant” adlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova açaraq qeyd edib ki, bu cür mötəbır tədbirlərin filialımızda keçirilməsi olduqca qürurverici hadisədir.Artıq 2 ildir ki, Zəfər dolu tədbirlər keçirilir, Cənab Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış qələbənin, yeni tariximizin yazarları olan Azərbaycan Ordusuna, qazi və şəhidlərimizə, müharibə iştirakçısı olan məzunlarımıza həsr edilmiş tədbilər keçirilir. Filialımızın fəxri olan şəhid məzunlarımız bizim qəlbimizdə hər zaman yaşayır və qürurla yad edilir.
Daha sonra çıxış edən şəhid məzun Orxan Nəbiyevin atası Rza Nəbiyev qeyd etdi ki, Vətən müharibəsində zəfər qazanılmasında vətənpərvər gəncliyi yetişdirən təhsil müəssisələrinin rolu böyükdür. O cümlədən ADPU-nun Şamaxı filialı da bu baxımdan seçilən təhsil müəssisələrindəndir. O, həmçinin şəhid Orxanın döyüş yoldaşlarının onun haqqında dediklərini də tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Ardınca “Qorxmaz leytenant” ləqəbi qazanmış qəhrəman şəhid məzunumuz Orxan Nəbiyeva həsr olunmuş eyniadlı kitabın müəllifi Təranə Məftuna verilib. Təranə xanım qəhrəman şəhidimiz Orxan Nəbiyev haqqında qələmə aldığı kitabı tədbir iştirakçılarına təqdim edib və yeri gəldikcə kitabdaki şeirlərdən səsləndirib.
Daha sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında qəhraman oğullarımızın göstərdiyi şücaətdən geniş söhbət açaraq bu kimi tədbirlərin keçirilməsinin gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsindəki əhəmiyyətindən danışdı.
Tədbir tələbələrin ifasında səsləndirilən kompozisiya ilə davam etdirildi. Qeyd edək ki, kompozisiyada şəhid Orxan Nəbiyevin, atası Rza Nəbiyevin və şairə Təranə Məftunun “Qorxmaz leytenant” kitabına daxil etdiyi şeirlərdən istifadə olunub.