24 fevral  2021-ci il tarixində  saat 1400-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının “Qalaktikalar, onların təsnifatı və tədqiqi”  mövzusunda elmi-praktik  seminarı  keçirilmişdir.

Tədbirdə filialın direktoru dos.Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr  iştirak  ediblər.

Seminar iştirakçılarına qalaktikaların kəşfinin elmi praktiki əhəmiyyəti və onun Kainatın dərk olunmasında rolu və bu kəşfin əhəmiyyətindən söhbət açılmış. Daha sonra qalaktikaların bir-birindən uzaqlaşmasının ümumi qanunundan danışıldı və bu qanunun Kainatın genişlənən olması ideyasına gətirib çıxarması haqqında seminar iştirakçılarına məlumat verildi. Böyük Partlayış ideyasının da bu kəşfdən sonra ortaya çıxması xüsusi olaraq qeyd olundu.

Bundan sonra qalaktikaların morfoloji təsnifatı və AMEA N.Tusi adına ŞAR –da qalaktikaların tədqiqi ilə bağlı aparılan elmi tədqiqat işlərindən və alınmış yeni elmi nəticələr haqqında məlumat verildi. Seminarın sonunda mövzu ilə bağlı müəllim və tələbələri maraqlandıran suallar cavablandırıldı.

Sonda, mövzu ilə bağlı seminar iştirakçılarının çıxışları dinlənildi. Çıxış edənlər seminarın mövzusunun maraqlı olmasını və bu istiqamətdə növbəti seminarların keçirilməsinin vacib olduğunu qeyd etdilər.

Paylaşın: