“Qəhrəmanlar unudulmur” mövzusunda onlayn görüş
Aprelin 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının Tələbə Gənclər Təşkilatının üzvləri “Qəhrəmanlar unudulmur” mövzusunda onlayn görüşdə iştirak etdilər. Vətən müharibəsinin veteran və qazilərinin öz təəssüratlarını bölüşdükləri görüşdə TGT sədri Hilal Mürsəlov çıxış edərək 44 günlük müharibə dövründə ölkə prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan gəncliyinin istər ön, istərsə də arxa cəbhədə, o cümlədən informasiya müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirdiklərini qeyd etdi.
Bu Tarixi Zəfəri bizə yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik!