Professor Cəfər Cəfərov ADPU-nun Şəki filialında kollektivlə görüş keçirdi.

ADPU-nun Şəki filialının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ADPU-nun rektoru professor Cəfər Cəfərov və universitetin filiallarının rəhbər və əməkdaşları Şəkiyə gəliblər. Görüşdə ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova da iştirak edirdi.

Qonaqlar ilk öncə filialın infrasturukturu, maddi-texniki bazası ilə yaxından tanış oldular. Daha sonra filialın akt zalında görüş keçirildi. Görüşdə rektor Cəfər Cəfərov son zamanlar təhsil sistemində gedən ciddi dəyişikliklər, ADPU-da həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr barəsində ətraflı məlumat verdi.

Tədbirin sonunda filial əməkdaşlarını və tələbələri maraqlandıran suallar cavablandırıldı.

Paylaşın: