Orta məktəblərlə əlaqə, onlara kömək göstərmək ADPU-nun Şamaxı filialının fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Şamaxı şəhər 9 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Şükürov Elşən “Sabahın alimləri” layihəsində iştirak etmək arzusu ilə filialın rəhbərliyinə müraciət edib Filialın direktoru Tünzalə Yusifova Elşənin bu müraciətini qəbul edib və ona elmi rəhbər olmağı Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Asif Nəbiyevə həvalə edib. Asif Nəbiyev Elşənlə məşğul olub və onun riyaziyyatdan ” Açılmayan müəyyən inteqralların proqram təminatı ilə həlli” mövzusu münsiflərin rəyinə əsasən ilk mərhələdən uğurla keçib. Təhsil Nazirliyinin ən uğurlu layihələrindən biri olan “Sabahın alimləri” layihəsində Elşənə uğurlar arzulayarıq onun müsahibə mərhələsindən də uğurla keçəcəyinə inanırıq.