“Narkomaniyaya Yox!” mövzusunda elmi seminar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Sosial və pedaqoji elmlər kafedrasının təşkilatçılığı ilə “Narkomaniyaya Yox!” mövzusunda elmi seminar keçirildi. Seminar kafedranın baş müəllimləri, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri və psixologiya üzrə fəlsəfə doktoru İlhamə Sultanova tərəfindən təşkil olunmuşdu. Seminarı giriş sözü ilə açan Tərbiyə işləri üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova qlobal problem olan narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işlərinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi.
Seminarın təlimçiləri ağ ölüm, günü gündən gəncləşən narkomaniyanın zərərli vərdiş kimi insana psixoloji, fizioloji cəhətdən mənfi təsir törədən xəstəliklər haqqında tələbələrə məlumat verildi. Qeyd edildi ki, narkomaniya – xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir.
Seminarda mövzu ilə bağlı təqdimat və videolar nümayiş etdirildi. Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dos. Mayıl Alıcanov sonda tələbələrlə interaktiv frontal sorğu keçirdi.

Paylaşın: