“Nə? Harada? Nə Zaman?” intellektual turnir
17-18 noyabrda ADPU Şamaxı filialının 30 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə Zaman?” intellektual oyun üzrə turnir keçirilib. Tədris və elmi işlər üzrə direktor müavini, f.ü.f.d. Şasəddin Mikayılov və b/m Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova oyunda iştirak edən bütün komandalara uğurlar arzuladı. Qeyd olundu ki, intellektual oyunlar tələbələrin dünyagörüşünün və tədqiqatçılıq bacarıqlarının artırılmasında mühüm rol oynayır.
Yarışa qatılanların say çoxluğunu nəzərə alaraq iki turla keçirilən və gərgin keçən yarışda nəticələr aşağıdakı kimi oldu:
1-ci yer : Xarı Bülbül, Yaşma
2 -ci yer: Legend, Dəmir yumruq
3 – cü yer: Şuşa, Qələbə
Qalibləri təbrik edirik! Uğurlarınız daim olsun!