MÜHASİBATLIQ

 

Əzizov Eldəniz Məhəmməd oğlu

baş mühasib

Dadaşov Ağaisa Allahverən oğlu

mühasib

Abbasova Xatirə Burhan qızı

operator

Mühasibatliq şöbəsi  1991-ci ildən fəaliyyət göstərir. 

       Şöbə “Mühasibat uçotu haqqında“ Azərbaycan Respublikası Qanununu əldə rəhbər tutaraq filial tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesabatlarında onların hərəkətini, xərclər smetasının, iş və xidmətlərin yerinə yetirilməsini, təsərrüfat-maliyyə fəaliyyətinin yekunlarını və əməliyyatların uçotunu təşkil edir. İlkin sənədlərin hesablaşmalarını  və ödəniş öhdəliklərini, əmək haqqı fondunun sərf olunmasını, vəzifə maaşlarının təyin edilməsini, əsas fondların invertarizasiyasını təşkil edir. Ştat və maliyyə intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor-kreditor borclarını mühasibat balansında əks etdirir.

Mühasibatlıq rəqəmsal ödənişlər barədə tələbələrin məlumatlandırılması kimi vəzifəni də həyata keçirir.