“Könullülük həftəsi” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının əməkdaşlığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyada Kitabxana və elektron resurlar şöbəsinin müdiri Vəsilə Razimi, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi və Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Teymurova və tələbələr iştirak etmişlər. Burada onlar milli incəsənət nümunələri ilə yaxından tanış olmuş və muzey əməkdaşlarının məlumatlarını dinləmişlər.