M.Hadi adına Şamaxı şəhər 9 nömrəli tam orta məktəbin direktoru Səxavət Əsgərovun həmin məktəbdə pedaqoji təcrübə keçmiş tələbələrimiz haqqında söylədikləri:
Bu tədris ilində məktəbimizdə 4 istiqamət üzrə 35 tələbə pedaqoji təcrübə keçmişdir. Bu təcrübə zamanı tələbələr burda əldə etdikləri nəzəri bilikləri praktiki olaraq məktəbdə tətbiq etdilər. Mən deyərdim ki, çox yüksək səviyyədə fəaliyyət göstərdilər və ildən-ilə tələbələrin səviyyəsinin yüksəldiyini müşahidə edirik. Bunu həm bilik səviyyəsində həm də şagirdlərlə münasibətdə özünü göstərir.
Tələbələr həmçinin ictimai işlərdə də fəallıq nümayiş etdirirdilər. Fəallığına görə fərqlənən 19 tələbəyə fəxri fərman təqdim olunub. Məktəb üzrə yüksək səviyyədə 2 böyük intellektual yarış keçirildi və sevindirici haldır ki, təşkilatçıların əsas hissəsi məhz tələbələr idi.
Tələbələrə özlərini əsl müəllim kimi hiss edərək, işlərini sevərək həyata keçirdiklrinə görə onları təbrik edir, uğurlar arzulayır və minnətdarlığımı bildirirəm.