“Kompüter qrafikası” fənnindən açıq dərs

ADPU-nun Şamaxı filialının “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının 304-cü qrupunda “Riyaziyyat və kompüter elmləri” kafedrasının müəllimi Məhərrəmova Gülanə Aqil qızının “Kompüter qrafikası” fənnindən açıq dərsi oldu. Açıq dərs ” PowerPoint proqramında iş imkanları” mövzusunda qurulmuşdu. Dərsdə tələbələr 3 istiqamət üzrə fəal iştirak etdilər. Birinci qrup dərs zamanı praktik iş icra edib, PowerPoint proqramında prezentasiyalar hazırladı. İkinci qrup tələbələr proqramın imkanları haqqında divar qəzeti hazırlayıb , təqdim etdilər.

Üçüncü qrup tələbələr əvvəlcədən hazırladıqları prezentasiyalar ilə PowerPoint proqramının imkanları, proqramda iş haqqında ətraflı məlumat verdilər. Tələbələrdən Nigar Sadıqovanın PowerPoint proqramının imkanlarından düzgün istifadə edərək hazırladığı Zəfər gününə aid ” Dəmir yumruq əməliyyatı” adlı prezentasiyası xüsusi marağa səbəb oldu. Dərsdə bütün tələbələrin hazırlıqlı və aktiv iştirakı dinləyicilər tərəfindən müsbət qiymətləndirildi .

Paylaşın: