KİTABXANA VƏ ELEKTRON RESURSLAR ŞÖBƏSİ

 

Razimi Vəsilə Novruz qızı

müdir

Abıyeva Aytac Tofiq qızı

böyük kitabxanaçı

Ağayeva Dilbər Niyətulla qızı

biblioqraf

Məmmədova Minavvər Eyvaz qızı

KİTABXANAÇI

        1991-ci ildən fəaliyyət göstərən kitabxana Azərbaycan Respublikasının Ümummilli  lideri Heydər Əliyevin 1999-cu il “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu, “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 890 nömrəli Fərmanını və həmin fərmandan irəli gələn qanunvericilik aktlarını, “ADPU-nun Şamaxı filialının Nizamnaməsi”ni öz işində rəhbər tutur. Şöbə 2022-ci il 5yanvar tarixindən öz fəaliyyətini Kitabxana və elektron resurslar şöbəsi adı ilə davam elətdirir

        Kitabxana və elektron resurslar şöbəsi öz fondunu dövlət nəşriyyatı və digər hüquqi şəxslər tərəfindən çap olunan ədəbiyyatlar, dərslik və dərs vəsaiti, həmçinin universitetin fəaliyyət istiqamətinə uyğun olan lazımi qəzet və jurnallarla zənginləşdirir. Hazırda kitabxananın fondu  31 mindən çox nüsxədən ibarətdir. Fonddakı kitabların 10 mindən çoxu dərslik və dərs vəsaitindən,  8 mindən çoxu bədii ədəbiyyatdan, 10 mindən çoxu siyası ədəbiyyatdan, qalanları isə digər nəşrlərdən ibarətdir.

           Kitabxana və elektron resurslar şöbəsi oxuculara məlumat və kitabxana xidməti göstərməklə yanaşı, respublikada müxtəlif elm sahələrinin və təhsilin inkişaf perspektivlərini,  yenilikləri oxucular arasında yayır. Kitabxananın başlıca vəzifəsi professor-müəllim heyəti və tələbələrin tədris və elmi-tədqiqat fəaliyyətinə kömək etməkdir. Dövlət əhəmiyyətli günlərin qeyd olunması, müxtəlif mövzuları özündə ehtiva edən guşələrin hazırlanması, aktual mövzular və mütəliə olunmuş ədəbiyyatlar üzrəoxucu disputlarının keçirilməsi də kitabxananın fəaliyyət istiqamətlərindəndir.

                Kitabxananın hal-hazırda 570-dən artıq oxucusu vardır.  Müasir tələblərə uyğun 2  (iki) oxu zalı fəaliyyət göstərir.

       Kitabxanaya müraciət edənlərə göstərilən kitabxana və məlumat-informasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanası ilə qarşılıqlı əlaqə saxlanılır.